Osip MANDELŞTAM
За гремучую доблесть грядущих веков
Daha yüksək, daha nəcib nəsil naminə mən,
Şərəfi, şanı naminə gələcək əsrlərin.
Həm itirdim şərəfi, düşdüm uzaq həm kefdən,
Ulular məclisində badədən həm çıxdı əlim.
—
Atılır əsr-qurdbasan mənim çiyinlərimə,
Mənimsə qurd qanı deyil damarlarımdan axan.
Bürkülü-odlu kürkünün Sibir çöllərinin,
Bir papaq tək məni bas, yaxşı olar, qoltuğuna.
—
Ki, gözümdən bu şərəfsizlər həm uzaqlaşsın,
Görməyim həm zaman keçir qanda büdrəyərək.
Mavi xəzlər bütün gecə önümdə sayrışsın,
Mənə ilkin və saf gözəlliyini göstərərək.
-0=
Apar məni Yenisey vadisində at gecəyə,
Apar, o yerdə ki, şamlar uzanır ulduzacan.
Damarlarımdan axan çünki deyil qurd qanı və,
Məni bərabərim, həmcinsim öldürər ancaq.
17-28 mart 1931
tərc.: 19.06 – 22.11.87.