MƏN UŞAQDIM, KİNOLAR ALDATDI…

                                 KÜR 2.jpg

 

Mən uşaqdım, kinolar aldatdı,

Könlü verdim kino məhəbbətinə.

Məni kinodakı dərd aldatdı,

Mən sevindim kino səadətinə.

 

Mən uşaqdım, kinoya qondu quşum,

Mən uçardım gələndə kəndə kino.

Yaz-yay axşamlarında həftə başı,

Kluba çevrilərdi kənd dükanı.

 

Dükanın böyrünə bir ağ asaraq,

Ekrana bənzədirdilər dayılar.

Aparat köhnə paroxod sayağı,

Başlayırdı işə, çaqqıldayaraq.

 

Otururduq uşaq-böyük qarışıq,

Çəmən üstündəcə bardaş quraraq.

Yesə də ağcaqanadlar daraşıb,

Bizə dünyanı unutdurdu maraq.

 

Mən uşaqdım, aparat tanrıydı,

Dükanın böyrüsə cənnət bucağı.

O kinolarda həyat ayrıydı,

Adamlar orda mələklər sayağı.

 

Gülüşlər özgə, sözlər özgə idi,

Dadı şirintəhərdi dərdin də.

Dükanın böyrü sanki güzgü idi,

Bizim həyatımızın əksi səthində.

 

Mən uşaqdım, mənə yalançı həyat,

Əsl həyat, əsl ömür-gündü.

Bütün bu doğma adamlar mənə yad,

Bu doğma kənddə həyat sürgündü.

 

Düşərək felinə bu filmlərin,

Dolaşırdım necə ay-gün dolanar.

Tanımırdım hələ Felliniləri,

Yoxdu dünyada hələ Berqmanlar.

 

 

İndi saç çallanıb, ürək qocalıb,

Canımda göynəyir vətən yarası.

Doğmaca kəndim uzaqlarda qalıb,

Ötdü qürbətdə ömrümün yarısı.

 

Aşdım ekranları və pərdələri,

Bir duman tək dağıldı xülyalar.

Heçliyə döndü nə var dəbdəbəli,

Önümdə təkcə bu gerçəklik var.

 

Nə sevinc uğradı – zəhər daddı,

Bu axan göz yaşı, ürək yağımı?

Uşaq oldum, kinolar aldatdı,

Verdi dünya sona fironluğumu.

 

Zehində anbaan tərəddüd olur,

Sarsıdır şübhələr qəfil beyni.

Mənim ömrümmü məşəqqətlə dolu,

Yoxsa ekranda əksidir lentin?

 

Hanı həqiqət, hanı yapma ömür,

Hanı ölüm, hanı ölümsüzlük?

Bizi zülmətlərə Allahmı gömür,

Zülmətə aşiq olan yoxsa bizik?

 

Kəfənmi, pardəmi bu dünya boyu,

Asılıb daş soyuq divarlardan?

Aktyorlarmı durğuzurlar oyun,

Ya ölənlər çıxır məzarlardan?..

 

                                                                   23 oktyabr 1989, Samara

 

 

 

 

 

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s