İ COULD GİVE ALL TO TİME
Qarlı zirvələrlə döş-döşə gəlib,
Sarsıdıb onları əsasınacan,
Su tək düzləsə də əli, əməli,
Bunu hünər saymaz, sevinməz zaman,
Axar qayğı dolu, axar fikirli.
Dünən bir yamacdı bugünkü ada,
İndi ətəyində burulğan girinc –
Necə ki kinayə gəzər dodaqda.
Zamanla həmrəyəm – nə qəm, nə sevinc,
Görkəm planetar dəyişən halda.
Özümdə olandan özgə nəyim var —
Zamana verərdim. Gömrük yatarkən
Kim qadağan malı açar? Mənliyim
Keçib amanlıqla məminlə hökmən
Çata amanlığa – budur diləyim.
ingiliscədən tərcümə
2000-ci illər
Samara