K. B.
Sizi gördüm və ötənlər təzədən,
Verdi mənim bu soyuq ruhuma can.
Yenə andım o qızıl çağları mən,
Elə isindi ürəyim də o an…
Beləcə son payız çağı bəzən,
Keçən saatlar olur, günlər olur.
Əsir hardansa yaz mehi birdən,
Və həmin anda ruhumuz durulur.
İndi yenə ötən illərdəki tək,
Qəlbimə duyğular axıb tökülür.
Yenə canımda həminki istək,
Sevimli çöhrəyə gözüm dikili.
Son görüşdən yüz il keçib elə bil,
Baxıram mən sizə — sanki yuxudur.
İndi ruhumdakı səslər də dinir,
Bircə an susmayıb onlar, oxuyub…
Burda tək xatirə yox, əlbəttə,
Həyat özü yenə dindi burada.
Yenə həminki məlahət sizdə,
Yenə qəlbimdə həminki sevda.
27 oktyabr 1870