A.S. PUŞKİN. PEYĞƏMBƏR

ПУШКИН.jpg                                           

 

İztirablarla ruhumu üzərək,
Dolaşırdım biyabanda yenə.

Və gəldi birdən altıpərli mələk,

Yol ayrıcında gözlərim önünə.

Yuxu tək yumşaq, incə barmaqlar,

Mənim bəbəklərimə çəkdi tumar.

Bu təmasdan ürkək quş kimi mən,

Ayna bəbəkləri açdım birdən.

Toxundu astaca qulaqlarıma,

Və doldu onlara hay-küy və səda.

Və agah oldu göydə gurlamalar,

Və mələklər ki, səmalarda süzər,

Və heyvanat ki, su altında üzər.

Və zərif  bir söyüd ki, düzdə durar.

Və ağzıma əl atıb boş danışan,

Və hərzələr deyərək həddin aşan,

Və gühahkar dilimi çəkdi də o.

Və alıb müdrik ilan neştərini,

Qana batıb-bələnmiş əlləriınə,

Açıla qalmış ağza tikdi də o.

Və yardı köksümü qılıncıyla,

Çıxarıb atdı titrəyən ürəyi.

Və bir közü alovla, yanğıyla,

Gözünə köksümün qəfil dirədi.

O biyabanda bir cəsəddim mən,

Və dindi tanrının səsi birdən:

Oyan və gör və eşit, peyğəmbər!

İşləsin ruhuna iradəm qoy!

Və dənizlərdən, ərzdən  keçərək,

Sözünlə hər ürəkdə  yandır alov!

1826

 

tərc.: 1983-1984, Moskva

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s