(İN A DİSUSED GRAYVYARD)
Ot basmış cığırla qalxıb təpəyə,
Dirilər oxuyar daş yazıları;
Çoxdan ölülərin üzünə bağlı,
Çəkir diriləri məzarlıq hələ.
Yazılarsa deyir: “O dirilər ki
Bu gün bu daşları oxuyar, dönər,
Sabah özləri də qəbrə gömülər,
Daimi buranın olar skini.
Bəlkə də aldadır mərmər misralar,
Burda nə səs-səmir, nə də nişan var
Təzə mərasimdən. Yox təzə qəbir –
Eləsə adamı qorxudan nədir?
Çox ağıl istəmir bu, əlbəttə ki,
Daşlara deyəsən :”Rəzil ölümdən
Bezdik. Ölümsüzük biz indən belə”.
Daşlara da nə var – inana bəlkə.