(THE VANTAGE POİNT)
Əgər yorsa meşə, bəşər xiffəti,
Yenə yorsa məni, naxır örüşü
Yamaca qalxaram dan sökülməmiş.
Ardıc kolluğunu qırıb xəlvəti
Görürəm evlərin donuq surəti,
Uzaqdan ağarır. Bir az aralı,
Qarşı təpəlikdə durur məzarlıq –
Ölənlə qalanın sərhədi itir.
Məni bir mənzərə günortayadək
Bezdirsə, dönərəm dirsəyim üstə,
Axar təpəlikdən üzümə isti.
Meh tək nəfəsimdən titrəyər çiçək,
Burnumda torpaqla əzik ot dadı,
Gözümsə qarışqa yuvasındadır…
İngiliscədən tərcümə
2000-ci illər
Samara