ƏYLİSLİ DREYFUS DEYİL!

İndi Əkrəm Əylislinin romanıyla bağlı azərbaycanlılara “cahil” və hətta “faşist” deyən adamlar unudurlar ki, Əylisli bu “cahil” və bu “faşist” millətin yazıçısıdır, onun kitabları bu millətin puluna nəşr olunub və bu millət tərəfindən oxunub, bu millətin teatrlarında tamaşaya qoyulub, bu millət tərəfindən baxılıb. Əkrəm Əylislini yaradan Azərbaycan və Azərbaycan dilidir, yazıçı Əkrəm Əylislini arvadı Qalina Aleksandrovna yaratmayıb!
Rusiyada yaşadığım otuz ildən artıq ərzində Əylisli adlı yazıçı tanıyan rusa rast gəlməmişəm, indi Əylisliyə fəal dəstək göstərən rus dilli azərbaycanlılar da, əminəm ki, Əylislini heç vaxt oxumayıblar ya da rus dilinə tərcümədə oxuyublar. Mən Azərbaycan universitetində qiyabi oxuduğum vaxtlar bakılılarla kəndlilər arasında necə uçurum olduğunu görmüşəm, o vaxtlar “faşist” təyini işlənmirdi, ancaq kənd azərbaycanlılarına onların layiq olduqları yeri göstərən başqa sözlər vardı. Və onu deyim ki, Azərbaycanın bütün görkəmli ədibləri – Mirzə Cəlil, Rəsul Rza, Əli Kərim “internasional” Bakıdan yox, kənddən, “cahil” xalqın içindən çıxıblar… bakılılar Azərbaycan dilli yazıçının belə pərəstişkarıdılarsa, niyə indiyəcən ölkə paytaxının kitab mağazalarında Azərbaycan dilində kitablar yox kimidir?

Və bəlkə Azərbaycan yazıçısının, Azərbaycan dilli yazıçının öz xalqıyla ixtilafını onların öz arasında müzakirəsinə və həllinə buraxasınız!

Ömründə heç vaxt əlinə Azərbaycan dilində kitab almayan adamların indiyəcən bütün mövzuları və qayğıları Azərbaycan kəndi olmuş Əylislini belə fəal dəstəkləməsi çoxları üçün yenə öz millətlərinə ikrahlı münasibəti bildirmək üçün fürsətdir…

Ermənistana əsir getmiş qadınları, xırda qız uşaqlarını yada salın!

İndiyəcən qəbirləri də tapılmamış yüzlərlə azərbaycanlı əsgəri, bu əsgərlərin ürəkləri dağlanmış analarını yada salın!

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s