M. Y. LERMONTOV. ÇIXIRAM TƏK YOLA…

LERMONTOV

                             ВЫХОЖУ ОДИН Я НА ДОРОГУ…

 

 

Çıxıram tək yola, çınqıllı bu yol,

Ağ dumanlar arasından qızarar.

Gecə sakit. Eşidir Tanrını çöl,

Danışır bir-biriylə ulduzlar.

 

Nə gözəl təntənə var göylərdə!

Yer yatır mavi örtük altında.

Nədir bu iztirab, bu ağrı nədir,

Ümidim varmı? Peşmanammı ya da?

 

Yox həyatdan daha bir gözlədiyim,

Olub –keçənlərə peşman deyiləm.

Dinclik, azadlıqdır izlədiyim,

Yatam, nə varsa yaddaşımda, siləm.

 

Əbədi həm soyuq məzar yuxusu,

Deyil, əlbəttə, mənim istədiyim.

Nəfəsdən itməsin həyat qoxusu,

Sinəm nəfəslə titrəsin yenə də.

 

Ruha çəksin gecə-gündüz məlhəm,

Dinsin eşq nəğməsi şirin, şaqraq.

Və bir əsmər palıd da üstümə həm,

Kölgə salsın həzin şırıldayaraq.

 

 

Tərc.: 26 mart-9 aprel 2013 Samara

 

 

 

 

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s