İlham: Rüstəm, prezidentin hüzurundsan!
Gərək baş əyəsən, boyun burasan!
Rüstəm: Neçə ay dolaşdım mən Avropada,
Daha dəbdə deyil baş əymək orda!
İlham: Çox da tərifləmə sən Avropanı,
Yaxşı tanıyıram özüm oranı!
Çox keflər çəkmişəım hər şəhərində,
Mənə baş əyiblər hesab verəndə.
Rüstəm: Ofisiant deyil, sənətkaram mən!
İlham: Ha-ha! Muğamatçı? Meyxana deyən?
Rüstəm: Həm də namizədəm müxalifətdən!
İlham: Yox, sən namizıdsən narkomanlara,
Antimillilərə, xuliqanlara!
Rüstəm: Milləti dünyaya tanıtmışam mən!
İlham: Öndərin adıyla tanınıb vətən!
Nökərlərə əmr edir ki, Rüstəmin qolundan tutub çıxarsınlar. Birdən qapı dalında hay-küy qalxır. Ramiz Mehdiyev başılovlu girir içəri.
Ramiz: Özünü namizəd verdi Mehriban!
İlham: Bizim eşqimizi məhv etdi zaman! (özündən gedib yıxılır)
PƏRDƏ