GÜLHÜSEYN HÜSEYNOĞLU HAQQINDA XATİRƏ

 

nar

Qiyabi təhsil almış adamın “filankəs mənə universitetdə mənim müəllimim olub”  deməyi tamam doğru olsa da, yalan kimi səslənir – qiyabidə nə dərs keçilir ki, müəllim də ola…
Ancaq qiyabidə azdan-çoxdan dərs keçilirdi və müəllimlər də vardı. İnternetdə Gülhüseyn Hüseynoğlunun ölməyini oxuyanda yadıma düşdü ki, mərhum mənə Azərbaycan sovet ədəbiyyatından dərs deyib…
Biz bütün altı ili unuversitetin özündə yox, Cəfər Cabbarlı adına kinoteatrın dalında yerləşən 225 saylı məktəbdə dərs keçərdik. 30 şagird üçün nəzərdə tutulmuş otaqlara yüz və hətta yüzdən artıq qiyabiçi təpilirdi. Yay aylarında otaq cəhənnəmə dönürdü, onu da deyim ki, xəstələrdən başqa, qiyabiçilərin içində həmişə xeyli hamilə gəlin olurdu…
Dərslərin çoxundan, əlbəttə, tələbələrin bir hissəsi, qaçırdı. Qiyabiçilərin böyük əksəriyyəti rüşvətlə oxuyurdu və buna görə onların cəhənnəm istisinə girməklərinə ehtiyacı yox idi. Ancaq Az. Sovet ədəbiyyatı dərslərinə, xüsusən ilk vaxtlar, xeyli adam gəlirdi və əməlli-başlı basırıq olurdu. Tər, dezodarant, saç rənglərinin iyi bir-birinə qarışır, insanı ürəkeçmə vəziyyətinə yaxınlaşdırırdı… Basırığa səbəb isə Az. Sov. ədəbiyyatına məhəbbət yox, müəllimimn Gülhüseyn Hüseynoğlu olmağı idi…
Mənə o vaxt mərhum yazıçı təxminən 65 yaşında əfəl bir qoca kimi görünmüşdü, əslində xeyli cavan imiş. İndi yadıma sala bilmirəm ki, məsələn, Az. Sov. ədəbiyyatından imtahan necə keçib və mən özüm neçə almışam. İmtahan çətin olmalıymış, çünki bir neçə dəfə Gülhüseyn müəllimlə davalaşmışdım və bir dəfə məni sinifdən çıxarmışdı da… Güman edirəm ki, mərhum kinli deyilmiş və imtahanda mənimlə öcəşməyib…
O ki qaldı Az. Sov. ədəbiyyatına, Gülhüseyn müəllimi burda yeganə bir şey maraqlandırırdı: indiki dillə desək, seks. Cəhənnəm qoxulu, cəhənnəm yanğılı otaqda Gülhüseyn Hüseynoğlunun söhbətlərinin yeganə mövzusu seks idi, özü də adi seks yox, bir növ eksrtemal ya deviant seks. Mühazirəsinin ən məzəli yerləri insestlə bağlı olurdu. “Müəllim, elə şey olmaz!” – deyə həyasız qiyabiçilər müəllimi qızışdırırdılar. “Mən sizə Sovetskidə adresləriylə göstərərəm!” – deyə pencəyi də tərdən və elədiyi söhbətin hərarətindən islanmış Gülhüseyn Hüseyoğlu onların cavabını verirdi…
Hamımız günahlıyıq, hamımız nəyləsə qayğılanmışıq…
Mən “Mücrünü” radioda eşidəndə 14-15 yaşım olardı, sonralar özüm də mənsur şer yazmışam, anzaq tezliklə başa düşdüm ki, bu, uydurma janrdır, bu janra həm nəsrdə, həm şerdə uğursuz olanlar pənah gətirirlər. “Mücrü” nədir ki? O`Henri üslubunda kiçik bir hekayə. Ancaq Hüseynoğlunun süjeti primitivdir, amerikalıdakı başgicəllləndirici dönüm yoxdur, əsərin nisbi uğuru daha çox Əminə Yusifqızının radio ifasıyla bağlı idi. Mən sonralar Gülhüseyn Hüseynoğlunun kitabını da almışdım, ancaq maraqlı heç nə tapmadım…
Vicdan və əqidəyə görə təqib olunmuş, türmələrə salınmış, işgəncələrə məruz qalmış insanların qarşısında baş əyilməlidir və bu mənada mən də Gülhüseyn Hüseynoğlunun xatirəsi önündə baş əyirəm. Ancaq mən mərhumu 1979-80-cı illərdə gördüyüm kimi xatırlayıram və bu xaturə, mənim fikrimcə, insanın öz həyatı ərzində necə dəyişə biləcəyi mənasında ibrətlidir. Bu həm də bir insanda tamam müxtəlif təbiətli ehdirasların birgə yaşaya biləcəyini göstərir. Müxtəlif təbiətli ehtiraslar bir araya gələndə, şübhəsiz ki, harmoniya yaranmır, ya daim, ya da vaxtaşırı kükrəyən fırtına yaradır, ki buna biz insan faciəsi deyirik…
Mənə elə gəlir ki, Gülhüseyn Hüseynoğlu bu cür faciə yaşamış insanlardandır.

12.07. 2013

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s