ƏĞYAR İLƏ GƏZƏN QADINLAR…

“Sən get gecələr əğyar ilə gəz, Qoy sübh eləyim, ah-zar ilə mən” – bu təsnifi Muğam müsabiqəsinin iştirakçısı oxuyur. Bu təsnif on illərdir ki, oxunur. Diqqətlə qulaq asanda görürsən ki, söz yüngül əxlaqlı qadından gedir. Və muğamla oxunan qəzəllərə və təsnif mətnlərinə diqqət yetirdikcə görürsən ki, bizim xanəndələr elə yüngül əxlaqlı qadınlardan oxuyurlar. “Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…” Bunu Vahid yazıb və ümumiyyərtlə Vahidin vəsf elədiyi qadınlar gecələr (bəlkə elə gündüzlər də) əğyar ilə gəzirlər, yar da gedib əğyarıın qara ciyərinə bıçaq soxmaq əvəzinə oturub ah-zar edir…

Çox qəribə işlərdir bu. Bu sözlərin gündüz-günorta vaxtı arvad-uşağın qabağında oxunmağı da qəribədir. Və daha çox qəribədir ki, televiziyasında bu cür sözlər oxunan dövlət bulvarda öpüşməyi qadağan edir…

2 ответа на “ƏĞYAR İLƏ GƏZƏN QADINLAR…

    • Hörmətli Nəriman bəy!
      Bəlkə də muğamı Siz qədər sevmirəm, ancaq sevdiyimə şübhəniz olmasın, biz burda da muğam oxunan tədbirlər keçiririrk, hərçənd bu, çox çətinliklə başa gəlir. Söhbət muğamda yox, muğamla oxunan şerlərdə gedir. Mən təkid edirəm ki, Vahid şerində tərənnüm olunan qadın ya qız Leyli deyil, Əsli deyil, Vavidin qadın qəhrəmanı, fransızca desək, çox vaxt putandır. «Səhərəcən əğyarla gəzən» qadın necə adlanmalıdır? Vahid şerlərinin çoxunu içkili audutoriya üçün, lotu-potu üçün yazıb. İndiyəcən hörmətli məclislərdə, forumlarda bu şerlərin çox ciddi janr olan muğamla oxunması təəssüf və təəccüb doğurur. Ümumiyyətlə indiki muğam məclisləri çox vaxt ara şerlərinin, bayağı məzmunların efirdən səsləndirilməsi üçün fürsət olur.

      Нравится

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s