С тобою, о всесильный…
Sənlə, qadir Allah, qədim zamanda,
Yarışmaq istədi güclü bir insan.
Divanə qürrəsi coşdu canında,
Onu itaətə saldın həmin an.
Dedin: “bu dünyaya həyat verən mən,
Yerə ölümü də mənəm gətirən.
Bütün bu kainat əlimin altda”.
“Mən də həyat verə bilirəm dedi,
Ölüm cəzası da gəlir əlimdən.
Sənə bərabərəm mən də, ey Allah”.
Fəqət susduruldu tərifi föhşün,
Sənin qəzəb dolu kəlmələrinlə:
Şərqdən qaldırıram dedin günəşi,
Qərbdən qaldır onu, varsa hünərin.
1824
tərcümə: 18.02.2014