Unutmuşam bu sovxa,
Haçan, harda alınıb.
Məndən cavan olsa da,
Məndən qoca görünür.
Yaxaları büzülüb,
Ətəkləri süzülüb.
Qırılıb düymələri,
Çoxdan itib kəməri.
Min adama sürtülüb,
Hislə, pasla örtülüb.
Ləyaqəti qalmayıb,
Əyinə geyinməyə.
Ölsəm, ayıb sayılar,
Ortaya döşənməyi.
Dəli şeytan deyir ki,
Bir qayçı götürəsən
Gödəkçəyə dağ çəkib,
Ömrünü bitirəsən.
Astarını sökəsən,
Dağıdasan, tökəsən.
Çürük düymələrini,
Qoparasan, atasan,
Saplayıb iynələri,
Zəhmətə qatılasan.
Çox çalışsan həvəslə,
Yaxşı bir tikiş çıxar.
Yalan olmasın, əlli
Şeytana papış çıxar.
14.07. 2014 Samara