“Bugünlərdə cəbhədə həlak olan 12 hərbçi ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medal ilə təltif ediliblər.”
Medalla!
3-cü dərəcəli!
Əgər bu uşaqlar şücaət göstərib ölüblərsə, niyə onlara yüksək mükafart verilmir? Yoxsa dövlətdə olan bütün ordünlər Əliyevlərə, Paşayevlərə, Ramiz Mehdiyev kimi qoca qurdlara verilib qurtarıb?
Necə yəni “hərbi xidmətdə fərqlənməyə görə?” Bu uşaqlar ölüblər! Onların minlərlə yaşıdları, o cümlədən əliyevlər, paşayevlər, heydərovlar kimi ailələrdən olan harın gənclər yaşayır, onlar isə yox! Onların ana-atalarının, bacı-qardaşlarının ürəyinə dağ çəkilib – bu “fərqlənmək” adlanır?
12 gənci mənasız öıümə göndərmiş dövlət onların xatirəsini də təhqir edir.
Xalqın başı əyilməlidir – həm bu gənclərin xatirəsi önündə, həm də xəcalətdən…