O. MANDELŞTAM. «ƏSİR ALSAYDI MƏNİ DÜŞMƏNLƏR…»

OSİP MANDELŞTAM

                                      Если бы меня наши враги взяли…

 

Əsir alsaydı məni düşmənlər,

Məni dindirməsəydi bir insan.

Və alınsaydı nəyim varsa əgər,

Qapı açmaq, nəfəs almaq qadağan.

Demək olmaz da bu varlıq qalacaq,

Hökm edən, hökm verən xalq olacaq.

Vəhşi heyvan kimi tutulsaydım,

Yeməyim torpağa atılsaydı –

Susmaram mən, dözərəm ağrıya da,

Edərəm bildiyim-bacardığımı.

Divarın zəngini mən yellədərək,

Bu qatı zülməti yarıb gedərək,

Səsimə bircə sürü vəl qoşaraq,

Kotan tək işlədərəm qollarımı.

Dərinliyində qaraqul gecənin,

Qara torpaqdan od saçar neçə göz.

Qoşunu üstə gözlərin düşərəm,

Salıb bütün barın ağırlığını.

Və mənim andımı dünya eşidər.

Və gələr odlu illərin qatarı,

Qasırğa tək əsər-coşar Lenin.

Və cavan torpağı gəzib oyadar,

Yenə Stalin həyatı, beyni.

 

                fevral 1937

Tərcümə: 8-10 sentyabr 2014 Samara

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s