Marina TSVETAYEVA CAVANLIĞIM

Marina TSVETAYEVA

CAVANLIĞIM

Cavanlığım mənim!! Yad cavanlığım!

Mənə tay-dəyişik ayaqqabısan.

Beləcə təqvimdən bir vərəq cırır,

Qızarmış gözünü ovaraq insan.

Dərin düşüncəli ilham pərisi,

Heç nə götürmədi qənimətindən.

Kim istər təzədən səni yaşasın?-

Mənə ağırlıqdın, həm də ağrı sən.

Gecələr oxları itilədin də,

Təlatüm gətirdin gecələrimə,

Çınqıl tək əzirdi səxavətin də,

Günahlar özgənin, işgəncə mənim.

Müddəti çatmamış geri al tacı —

Qəlb daha ziyafət deyil hayında.

Cavanlığım mənim! Başım ağrısı!

Cavanlığım mənim, qumaş cındırım!

18 noyabr 1921

tərcümə: 26. 09. 2014 Samara

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s