Marina TSVETAYEVA  ƏZİZİM, DE, SƏNƏ MƏN NƏ ETMİŞƏM…

ЦВЕТАЕВА

Вчера еще в глаза глядел…

 

 

Gözü gözümdəydi dünənə qədər,

Gözünü gözümdəm gizlədir indi.

Nəğməli quşlarla açardı səhər,

İndi torağaylar quzğuna döndü.

 

Kütəm mən, sən isə ağıl şələsi,

Sən cavan, mən isə ölüb getmişəm.

Bütün qadınların tanış naləsi:

“Əzizim, de, sənə mən nə etmişəm?”

 

Ona göz yaşı su, ona – su qan da,

Göz yaşında, qanda mən də yuyundum.

Sevgi ana deyil, ögey anadır,

Məhkəmə, mərhəmət ummayın ondan.

 

Gəmilər aparır sevgililəri,

Onlar ağ yollarda itib-batır həm.

Və dünya boyunca nalə yüksəlir:

“Əzizim, de, sənə mən nə etmişəm?”

 

Dünən yıxılırdın ayağıma sən,

Ulu səltənətdim, ucaydı taxtım.

Boşaltdı hər iki əlini birdən,

Paslı qəpik kimi itdi həyatım.

 

Uşaq qatili tək hakim önündə,

Durmuşam elə bil – üzdə qorxu, qəm.

Bunu soruşaram cəhənnəmdə də:

“Əzizim, de, sənə mən nə etmişəm?”

 

Divardan, qapıdan soruşuram mən:

“Bəlkə siz deyəsiz günahım nədir?”

Deyirlər: “Yoruldu öpüşlərindən,

Başqa birisini öpür indi də”.

 

Odda yaşamağı öyrədib mənə,

Elə bir diyara atdı  — soyuq, nəm.

Budur törətdiyin, deyirəm yenə:

“Əzizim, de, sənə mən nə etmişəm?”.

 

Etiraz eləmə, bilirəm nə var

Məşuqə deyiləm – açılıb gözüm.

O yerdən ki, Sevgi gedər, qovular,

Ora bağban Ölüm yetirər özün.

 

Vaxtsız ağacları silkələməyin,

Nə xeyri? Vaxtında düşər yetişən.

  • Bağışla, hər şeyi, bağışla məni:

Əzizim, gör sənə mən nə etmişəm!”

 

14 iyun 1920

tərcümə: 10-11oktyabr 2014 Samara

 

 

 

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s