Osip MANDELŞTAM. Qozbel Tiflis mənim yuxuma girir…

 

                   Мне горбатый Тифлис снится…

 

Qozbel Tiflis mənim yuxuma girir,

Sazandar ahıyla titrəyir ürək.
Körpünün üstündə qələbəlikdir,

Sərilib elə bil şəhər xalça tək,
Şirin zümzüməylə Kür axıb gedir.

 

Kürün qırağında neçə dükan var,

Çaxırı içməli, plovu ləziz.

Qırmızı yanaqlı cəld dükançılar

Dolu stəkanla qarşına çıxar,

Dükana baş çəkən hər qonaq əziz.

 

Qatı Kaxetiya çaxıırı məncə,

Sərin zirzəmidə yaxşı içilir.

Oturun arxayın, gecə keçincə,

İçin ikilikdə, için doyunca,
Təklikdə içməksə məsləhət deyil.

 

Orda bir balaca dükanda hökmən,

Yekə bir yalançı səni həriflər.

“Tilani” çaxırı ondan istəsən,

Tiflis dumanlara bürünüb gedər,

Çaxır şüşəsində sən də itərsən.

 

Bəlkə qocalıq da düşür insana,

Qoçunsa ləzzəti quzuluğunda.

Qızarır, közərir, göydə ay yanır,

Qarışıb şırabın al dumanına,

Kababın tüstüsü yetir buluda.

 

1920,  1927,  1935

Ruscadan tərcümə

12-13 noyabr 2014 Samara

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s