QONŞUMUZUN KUBAYA HƏRBİ YÜRÜŞÜ

Sovet dövründə hərbi xidmət Ərəbqardaşbəyli sakinlərini SSRİ-nin ən ucqar yerlərinə aparıb çıxarırdı: Saxalin, Kamçatka, Kalininqrad, Qazaxstan. Ancaq qonşumuz Məmmədhüseyn Məmmədovdan uzağa gedib çıxan olmayıb. 1960-cı ildə əsgərliyə çağırılan Məmmədheseyn Leninqrad yaxınlığında xidmət edirdi. 1962-ci ilin avqustunda «Qəraib böhranı» vaxtı Kubaya göndərilib.

MAMEDHUSEYN 1

  • Kubaya gedəcəyinizi qabaqcadan bilirdiniz?
  • Yox, əsgərlər bilmirdilər. Gəmidə bildik, bir neçə gün üzəndən sonra. Komandirlər bəlkə də bilirdilər. Çünki onlar qabaqcadan ailələrini yerbəyer eləməliydilər.
  • Okeanı keçmək çətin oldu?
  • Bizə çox gözəl gəmi vermişdilər. Deyirdilər ki, Xruşşovun Amerikaya getdiyi teploxoddur. (Xruşşov Amerikaya 1960-cı ildə “Baltika” teploxodu ilə gedib – X.X.) Əzgərləri iki nəfərlik əla kayutlarda yerləşdirmişdilər. Bizdən sonrakıları yük gəmilərində aparmışdılar, onlar tankçı idilər. Biz isə piyada hissəsi. Ancaq atıcı silahlar götürmüşdük.
  • Dəniz tuturdu?
  • Biz Kubaya iki həftəyə getdik. Birinci həftə çox çətin oldu. Kayutdan çıxa bilmirdik, yemək tökülüb qalırdı, heç kim yeyə bilmirdi. Bir həftədən sonra xəstəliyimiz keçdi, bizə elə iştah gəldi ki, nə varsa, yeyirdik.
  • Gəlib çıxdınız Kubaya – sizi harda yerləşdirdilər?
  • İlk günlər elə açıq hava altında yatırdıq. Sonra çadırlar qurduq, çadırlarda qalırdıq.
  • Kubalıları görürdünüz?
  • Şəhərə bir iş dalınca gedəndə, əlbəttə, görürdük. Ancaq qarovulda kubalı əsgərlərlə dururduq. Postda iki nəfər olurdu, biri bizdən, biri hökmən kubalı.
  • Yerli adamlar sizə necə baxırdılar?
  • Bilirdilər ki, biz Sovet İttifaqındanıq. Ancaq biz orda hərbi forma geymirdik.
  • Bəs nə geyirdiniz?
  • Adi şalvar, köynək. Pencək də var idi. Panama qoyurduq. Biz əsgər olduğumuzu bildirməməliydik. (Doğruda da Kubada əsgərlərinin olduğunu SSRİ hökuməti ilk dəfə 1979-cu ildə boynuna alıb – X.X.)
  • Hansı silajlar vardı?
  • Bizimki avtomat idi. Ancaq bizim hissəyə çoxlu tanklar gətirilmişdi və maskalanmışdı.
  • Azərbaycanlılar vardı səndən başqa?
  • Vardı. Biri elə Şorsuludan idi. O məndən qabaq qayıtdı. Burda onu görmədim. Şayiə gəzirdi ki, onu yoldaşlar atıblar gəmidən suya. Dələduz idi…
  • Çətin idi?
  • — Yox, elə çətin deyiidi.
  • Olduğunuz yer necə idi?
  • Düzü, adı yadımdan çıxıb. Meşəlik idi.
  • Meyvə çox idi?
  • Çox idi. Limon nə qədər desən. Flyaqalarımıza sıxıb içirdik…
  • Kubada nə qədər oldunuz?
  • 1962-ci ilin avqustundan 1963-cü ilin aprelinə qədər….

MAMEDHUSEYN 2

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s