TANIŞ OLUN: MÜASİR VƏ QABAQCIL AZƏRBAYCAN MÜƏSSİSƏSİ

 

Azərbaycanın cənnət güşələrinin birində müasir texnologiyalı qabaqcıl müəssisə var. Burda yüzlərlə insan qadınlı-kişili üçnövbəli iş rejimində yorulmaq bilmədən çalışırlar. Müəssisə ölkə üçün strateji va taktik cəhətdən ən vacib məhsul buraxır. Bu məhsulun adı “üçüncü dərəcəli medal”dır və bu medalla ermənilərin öldürdüyü əsgər və zabitlərimiz təltif olunurlar. Ölən əsgərlərimizin sayı gün-gündən artsa da, zavod əməkçilərinin fədakar əməyi sayəsində onların hamısına medal çatdırmaq olur, indiyəcən heç bir şəhid medalsız qalmayıb. Ölkə rəhbərliyi müəssisə işçilərinin əməyini yüksək qiymətləndirib, onların içində “Şöhrət”, “Qeyrət”, “Namus” ordenlərinə layiq görülmüş insanlar var. Ölkədə Gül bayramının yaxınlaşması ilə əlaqədar olaraq müəssisə yeni öhdəliklər götürüb bə plandan əlavə çoxlu medal hazırlamağa söz veriib.

Müdafiə naziri Zakir Həsənov tez-tez zavoda baş çəkir. Bu yaxınlarda müəssisəyə prezidentin gələcəyi gözlənilir.

Mirzə ƏLİL

28.03.2016 Samara

 

Реклама