OĞRU MƏMURLARA «ŞÖHRƏT» ORDENİ, QƏHRƏMANLARA ÜÇÜNCÜ DƏRƏCƏLİ MEDAL…

Azərbaycan əsgər və zabitlərinin ölüm xəbəri onların üçüncü dərəcəli medalla təltif olunması xəbəriylə bir vaxtda yayılır, bu o deməkdir ki, müdafiə naziri hər bir əsgər və zabitin adına medalı yazıb gözləyir ki, bu uşaqlar haçan erməni gülləsinə tuş olacaqlar.

Yəqin yibilyarların, özü də harın yubilyarların, ailədən olan yubilyarların, zəli yubilyarların ordenləri çoxdan yazılıb. Ancaq onların ordenləri qabaqcadan elan olunur. Məsələn, Yasamalın başçısı İbrahim Mehdiyevin 70 yaşı aprelin 30-da tamam olur. Ancaq “Şöhrət” ordeninin prezident ona martın 29-da verib.

ibrahim mehdiyev

Bəlkə İlham Əliyev qorxub ki, cənab Mehdiyev yetmişə çatmamış ölə?

Və İbrahim Mehdiyev 70 yaşında hansı şöhrətə çatıb? Hansı şücaətlər göstərib? Yəni onun göstərdiyi şücaətlər həyatını Azərbaycan uğrunda vermiş lənkəranlı leytenantın şücaətindən artıqdır?

медаль 2

Azərbaycan əsgərinin, zabitinin həyatını üçüncü dərəcəli medala bərabər tutan rəhbər əsgəri, zabiti sevirmi? Yox, sevmir! Bu rəhbər əsgərləri, zabitləri yetirən xalqı sevirmi? Yox, sevmir! Bu rəhbər uğrunda kasıb balalarının öldüyü ölkəni sevirmi? Yox, sevmir!

Və əgər İbrahim Mehdiyev kimi məmurlar uşaqlarının həyatı üçüncü dərəcəli medala bəırabər tutulan valideynlərin gözü qabağında utanıb-qızarmadan sinəsində “Şöhrət ordeni gəzdirirləsə, bu ölkədə əxlaq yoxdur.

Yoxdur…

Реклама