BAKIYA YAS YARAŞMIR, YAS YARAŞIR KƏNDLƏRİMİZƏ…

Biri deyir Azərbaycan ordusu üçgünlük müharibə nəticəsində on kilometr irəliləyib, biri deyir on metr… Məncə, bu, vacib məsələ deyil. On kilometr o tərəfə, on kilometr bu tərəfə — nə böyük fərqi far ki? Əsas məsələ odur ki, bəla Bakıdan sovuşub. Yəni meyidlərin hamısı kəndlərdə pay-püşk olub. Mən qorxurdum ki, həlak olanların içində bakılılar olarlar, gözəl paytaxtın həyatı pozular. Təsəvvür edin ki, fəvvarələr meydanına şəhid meyidi gəlib. Qışqırıq, ağlaşma, arvadlar üzlərini cırırlar… Gəzməyə çıxanların kefi pozulmazdlmı? Hələ mən xarici qonaqlrı demirəm! Bakıda başqa gözəl və vacib yerlər var. Oralarda yas qurulmağına yol vermək olmazdı! Və bizim Ermənistanla müharibəmizdə, mənim zənnimcə, ölkə rəhbərliyinin ən böyük qayğısı odur ki, bu gözəl yerlərdə yas qurulmadı. Bıkı kimi qəşəng şəhərə yas yaraşmaz. Yas yaraşar Neftçalann Həsənabad kəndinə. Kənd yeridir, nə qədər ağlayırsan ağla, onsuz da burda hərənin bir dərdi var, ağlaşmağa fürsət axtarırlar… Qoy hələ müdafiə nazirinə sağ ol desinlər… Ağlaşma yaraşır Lənkəranın, Salyanın, Şamaxının, Beyləqanın kəndlərinə. İnsanlar burda onsuz da yaman gündədirlər. Ölürlər yasdan ötrü, fürsət axtarırlar ki, üzlərini-gözlərini cırsınlar…

Mən prezident olsaydım, müdafiə nazirinə marşal rütbəsi verərdim. Çünki Bakıya meyid buraxmayıb. Bakıya əsgər meyidinin gəlməyi düşmən əsgərinin girməyi kimi bir şeydir. Ancaq mən prezident deyiləm. Hay-hayı getmiş bir qocayam. Ona görə plastilindən “Xidmətdə fərqlənməyə görə üçüncü dərəcəli medal” düzəltmişəm. İndi haçan Zakir Həsənov Samaraya gəlsə, bu medalı ona təqdim edəcəyəm. Özü də bu medal sinəyə taxılan ya boyundan asılanlardan deyil. Bu medalı gərək afrikalılarda olduğu kimi buruna keçirəsən. Çünki biz də də bəzi Afrika tayfalarında olduğu kimi insanlar bir-birinin ətini yeyir…

Mirzə ƏLİL