LERİKLİLƏR PREZİDENTƏ RÖVŞƏN BAĞIROVDAN RAZILIQ MƏKTUBU YAZIBLAR

Lerik rayonunun Orand kəndinin sakinləri İlham Əliyevə məktub yazıblar. Orandlılar öz məktublarında Lerikin icra başçısı Rövşən Bağırovdan yazırlar. “Əlahəzrət möhtərəm prezident! Bütün Lerik camaatı kimi orandlılar da Rövşın Bağırovun rəhbərliyindən razı və xoşbəxrdirlər. Orand camaatı belə hesab edir ki, Bağırov kimi rəhbərdən Azərbaycanda olar iki ya üç nəfər. Bu unsannın zəkası, nəcibliyi,səriştəsi o qədər möhtərəmdir ki, orandlılar belə bir insanla bir rayonda yaşamağa utanırlar. İona görə xahiş edirik ki, ya Rövşın Bağırovu daga böyük vəzifəyə təyin edəsiniz, ya da oradnlıları sadə bir yerə, məsələn, Haramı  kimi ilanlar mələyən bir çölə köçürəsiniz, çünki biz bu dahi rəhbərin üzünə baxanda xəcalətimizdən ölürük”.

Mirzə Əlil də ordan-burdan soraqlaşdı, məlum oldu ki, Rövşən Bağırovun bütün ləyaqətləri onun təhsilsizliyindən irəli gəlir. Yəni bu adamın Allah üzünə baxıb, ali təhsil almayıb, oxusaydı, yaman günə qalardı. Özünüz baxın, bu arayışda təhsil haqqında bir sətir də yoxdur.

“R.E.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır.

1983 — 1985 — ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, «Əməyin mühafizəsi» kafedrasında preparator, 1985 — 1987 — ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987 — 1989 — cu illərdə Neft-Kimya İnstitutu, «Əməyin mühafizəsi» kafedrasında laborant, 1989 — 1990 — cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990 — 1991 — ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991 — ci ildə «Gənclik» Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991 — 1992 — ci illərdə «Amal» kiçik müəssisəsində baş mühasib, 1992 — 1994 — cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 — 1996 — cı illərdə «Elmarbank» Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 — 2003 — cü illərdə «Debut» Səhmdar Kommersiya Bankının «Sahil» filialında şöbə müdirinin müavini, 2003 — 2006 — cı illərdə «Bakı yoltikintiservis» Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 — 2007 — ci illərdə «Sənaye Tikinti Servis» Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir”.

Mirzə Əlil həmişə deyib ki, oxumaqla adamın başı xarab olur. İndi Rövşən Bağırova baxıb bəlkə inanalar…

Mirzə ƏLİL

Реклама