MƏNİ QOHUMLARIM NECƏ TUTDURARDILAR

Azərbaycanda bəzən müxalifətçi özü ya müxalifətçiyə görə onun yaxın adamı tutulanda qohumları yığışıb əlahəzrət İlham Əliyevə məktub yazır və  həmin bu müxalifətçini nəsildən sildiklərini, ondan tamam imtina etdiklərini bildirirlər. Mənə elə gəlir ki, bu insamlar bir az ləng hərəkət edirlər. Gərək o qırışmal müxalifətçiliyə başlayan kimi qohum-qardaş özü ərizə yazıb onu tutduraydı, cibinə ağdan-qaradan ataydı, boynuna at oğurluğu, namus-qeyrət pozğunluğu qoyaydı. İş-işdən keçəndən sonra ha yaz. Əlahəzrət də əlahəzrətdir ha! Ürəyində deyir ki, indi əl-ayağa düşmüsünüz, bəs vaxtında niyə yığılıb qol-qabırğasını sındırmırdınz. Özünüzün üyəyiniz gəlmirdi, verəydiniz polisə, polis atasını yandıraydı…

Mən filirləşirəm ki, mənim qohumlarım hamısı ağlı başında adamlardır və elə lap zat-aliləri İlham Əliyev deyən kimi hərəkət edərdilər. Məsələn, mən Azərbaycanda yaşasaydım və müxalifətçi olsaydım… Yox, mən heç vaxt çüxalifətçi olmazdım, çünki çox qorxaq adamam… Məsəl üçün deyirəm. Heç müxalifətçi olmasaydım da, yazı-pozumda şübhəli bir şey görən kimi, mənin qohumların kütləvi ərizə yazıb məni tutdurardılar. Qohum da bir deyil, beş deyil. Əlli-altmış adam imza atandan sonra hökumət çarəsiz qalıb məni tutmalıydı, hərçənd qohumlarımın ərizəsi olmasaydı, məh hökumətin yuxusuna da girməzdim. Fikirləşirəm ki, mənim nəslim o ərizəni mərhim məməmə də imzalatdırardı. Bu belə olardı.

— Raziyə xala (bibi, nənə), bu kağıza qol çək, vacib kağızdır.

— Ay bala, mənim əlim əsir, mən qol çəkə bilirəm ki?

— Birtəhər elə də.

— Bura nə yazılıb?

— Yazılıb ki, pensiyaların artırılmasını istəyirik.

— Ay bala, burda deyəsən Xeyrullanın adı var, Xeyrullanı gözüm seçir.

— Yazmışıq ki, Xeyrulla yaxşı oğlandır, tərifləmişik. Deyirik  bəlkə hökumət ona yaxşı bir iş verər…

Beləcə arvadı aldadıb ərizəyə qol çəkdirərdilər. Doğma anam qol çəkəndən sonra hökumət məni necə tutmasın? Ağbirçək arvaddan ayıbdır…

Arvad da sonra görər mən gəlib çıxmıram. Deyər ay bala, bu Xeyrulla axı gəlib çıxmadı. Deyərlər ki, ərizədən sonra hökumət Xeyrullanı Tailanda səfir təyin edib, orda həm dövlət işini görür, həm də oranın kurortlarında kayflanır…

Bu, əlbəttə, zarafatdır, mənim qohumlarım məni tutdurmazdılar. Məni hökumət tutsaydı, qohumlarım yığəşıb hökumətin şalvarını çıxarardı…

Ancaq hər halda məndən məsləhət: elə ki gördünüz bir qohumunuz müxalifətçilik eşqinə düşüb, hökumətdən qabaq özünüz şərləyib tutdurun. Cibinə şey atın, deyin məişət pozğunudur, deyn itdən də borcludur…

Br sözlə, xatanı başınızdan uzaq eləyin…

 

05.09.2016

Samara