İOSİF BRODSKİ. ZƏVVARLAR

  İOSİF BRODSKİ

         ZƏVVARLAR

 

                                      «For then my thoughts — from far where I abide –

                                        Intend a zealous pilgrimage to thee…

  1.                                                                                    SHAKESPEAR, SONNET 27[i]

 

 

Meydanların, pirlərin,

Barların, məbədlərin

Möhtəşəm məzarların,

Cəlallı bazarların,

Türmənin, məhkəmənin,

Romanın və Məkkənin,

Keçib gedər yanından,
Zəvvarlar dayanmadan.

Qozbeldirlər ya çolaq,

Yarıac, yarıçılpaq.

Gözlərində gün gedir,

Qəlblərində səhərdir.

Şəfəq yanar, oxuyar,

Arxalarınca səhra.

Ulduzlarsa əriyir,

Quşlar qıy vurub deyir:

Ki, dünya həminki tək,

Qalıb dəyişməyəcək.

Qarlı, göz qamaşdıran,

İncə, ağlı çaşdıran.

Yalandır yenə vədi,

Yenə də o, əbədi.

Bəlkə də anlanandır,

Sonu ancaq gümandır.

Yəni əbəsdir inam.

Özünə, Tanrıya həm,

Nədir onda bu dünya?

Bir yol, bir də ki, xülya.[1]

Yer üzünü durmadan,

Yenə bəzər qürub, dan.

Əsgər Yeri gübrələr,

Şair onu vəsf elər.

 

1958

Ruscadan tərcümə

13.10.2016

Samara

 

 

 

[1]

[i] İ.Brodski bu şerinə Şeksprin 27-ci sonetindən bir beyti S. Marşakın tərcüməsində epiqraf verib.Beytin sətri tərcüməsi: “Sən məndən nə qədər uzaq olsan da, mən sənə doğru zəvvar yolu gedirəm”.