POL VERLEN. ÜRƏYİM AĞLAR…

POL VERLEN

                    (1844-1896)

ÜRƏYİM AĞLAR…

                  Il pleure dans mon coeur
                  Comme il pleut sur la ville ;
                  Quelle est cette langueur
                  Qui pénètre mon coeur ?

Necə şəhərə yağır — 

Ürəyim elə ağlar.

Nədəndir sinəmdəki
Göynərtilər, ağrılar?

 

Səslənir gilələr də,

Evin damında, yerdə.

Qüssə dolu qəlbimə,
Yağış səsi nəğmədir.

 

Ağlar ürək heç nədən,
Nədir onu göynədən?

Xəyanət olmayıb? Hə?

Bəs niyə yaslıyam mən?

 

Bilməsən nədən, niyə,

Qəlb üzülər, inciyər.

Nə sevgi, nə də nifrət,

Ürəksə elə göynər…

 

Fransızcadan tərcümə

 

22.10.2016

Samara

Реклама