OSİP MANDELŞTAM. MƏTBƏXDƏ OTURAQ…

     OSİP MANDELŞTAM

                           (1891-1938)

                    Мы с тобой на кухне посидим,

                   Сладко пахнет белый керосин.

 

 

Mətbəxdə oturaq, baş-başa verək,

Kerosin ətrini sinəyə çəkək.

 

 Kömbə çörək də var,  iti bıçaq da,
Doldur primusu qapağınacan.

 

Ya da kəndir gətir yekə bir topa,

Gecə səhərəcən səbət toxuyaq.

 

Sonra da vağzala çıxıb gedək ki,

Axtaran olsa da, tapmasın heç kim.

 

Yanvar 1931

Ruscadan tərcümə

08.11. 16