MARİNA TSVETAYEVA. QARA GECƏYARI GƏLDİM YANINA…

MARİNA TSVETAYEVA

                                    1892-1941

                                             S.E.

                    Я пришла к тебе черной полночью,
                   За последней помощью…

Qara gecəyarı gəldim yanına,

Son kömək ümidiylə.

Əsilsiz-nəsilsiz bir avarayam,

Batası bir gəmiyəm.

 

Vilayətlərimdə — müvəqqətilik,

Rahiblərdə məkr var.

Hər yetən geyinib gəzir şah kimi

Taxtda – itəbaxanlar.

 

Az olub mülkümə  göz dikən məgər?

İçirən qarovulu?

Kim gecəxəlvəti qayırmadı şər?

Durub kəsmədi yolu?

 

Əsil-nəsilsizlər, yırtıcı itlər,

Nəyim varsa, taladı.

İndi, həqiqi şah, boyun əyirəm,

Dilənçi tək qapında.

27 aprel 1916

Ruscadan tərcümə

09.11.16, Samara

Реклама