TALE BAĞIRZADƏ VƏ ZÜMRÜD YAĞMURUN ÇILPAQ QOLLARI

“Azadlıq” qəzeti Tale Bağırzadənin doğum gününü qeyd edir. Bu münasibətlə Zümrüd Yağmur adlı müəllifin yazısı gedib: “Yoladamı”.

Vikipediyaya baxdım – Zümrüd Yağmur kəndçi qızıdır, Masallı kəndlərinin birində doğulub böyüyüb. Bəlkə də Rafiq Tağının kəndiylə qonşu kənddə — Rafiq də Masallıdandır.

Tale Bağırzadə Maştağa məscidindəki çıxışında deyirdi: “Niyə cəhənnəmə vasil olmuş Rafiq Tağıya Qafqaz müsəlmanları idarəsi “mürtəd demirdi?”

(https://www.youtube.com/watch?v=6ic31eAUT60)

Yəni Rafiq Tağının bıçaqlanıb öldürülməyi Tale Bağırzadənin ürəyinmi soyutmayıb, sağlığında ona rəsmən “mürtəd” deyilmədiyinə acıqlıdır.

Əgər Tale Bağırzadə Zümrüd Yağmurun, “Azadlıq” qəzetinin əməkdaşlarının ailəsindən olan mərhumlar haqqında “cəhənnəmə vasil olub” desəydi, onda da radikal ilahiyyatçıya belə hörmətli, pərəstişə yaxın münasibət bəsləyərdilər? Əgər Rafiqin yerində Zümrüd Yağmurun qardaşı olsaydı?

Tale Bağırzadənin Türkiyədəki çıxışından: “Amerika, İsrail İslamın düşməni deyillər? Biz düşməni tanımırıq? Bilimirik ki, İsrail düşməndir? Həm Azırbaycan xalqına, həm türk xalqına, ümumilikdə islam hümmətinə böyük ziyanlar vurur!”

İndi sual “Azadlıq” qəzetinədir: redaksiya da İsraili və Amerikanı Azərbaycan xalqınn düşməni sayır?

“Azadlıq” qəzeti də hicab uğrunda mübarizəni Azərbaycan xalqının birinci vəzifəsi sayır?

Mən İnternetdə Zümrüd Yağmurun şəkillərinə də baxdım: hamısında başıaçıq, çoxunda qolları da çılpaq. Tale Bağırzadə belə hesab edirdi ki, belə qadınların qolları cəhənnəm tonqalının odunu olacaq…

O ki qaldı yazının keyfiyyətinə, deyə bilərəm ki, Zümrüd Yağmur yazıçılıq vergisiylə doğulmuş adamlardan deyil, özünü yazıçılığa qoyanlardandır. Bir cümləsinə oxuyun. Yaşı əlliyə çatan “yazar” dilinin bəsitliyi, primitivliyi və eyni zamanda dolaşıqlığı ilə heyrətə salır: “Bu ölkədə, yolsuzların əhatəsində YOL adamı olmaq çətindir, çünki sənin YOLunu bilməyənlər sənə əhkam kəsəcək. Çünki o YOLun mənasını anlamayanlar böyük cümlələrin arxasına sığınıb səni öz mənasız deyimləri ilə təhlil etməyə çalışacaqlar…”

Mən ona görə gəncləri bu “Azadlıq”dan, lotu-potu hacılarla, həlləm-qəlləm dindarlarla və şi ritorikalı İŞİDçi Tale Bağırzadə kimi adamlarla aşnalıq edən Xalq Cəbhəsindən uzaq olmağa çağırıram. Bunlardan yenə Əliyev yaxşıdır. Əliyev insanlardan susmaq tələb edir. Tale Bağırzadə kimilər isə insan üzərində total nəzarətə — nə feydiyinə, nə yeduiyinə, necə, kiminlə yatdığına, nəyə qulaq asdığına – nəzarətə iddia edirlər. Əlbəttə, bu baxımdan Əliev yaxşıdır…

 

 

Реклама