AXCP SƏDRİ TOVARİŞ SERJANT ƏLİ KƏRİMLİ

ƏLİ KƏRİMLİ.jpeg


Mənim FB səhifəmdə mənə (yəqin ki, başqa istifadəçilrə də) reklam məqsədiylə müəyən səhifələri bəyənmək təkliuf olunur. Tez-tez gördüyüm səhifələrdən biri Əli Kərimlinindir. Və bu reklam təklifində mənim üçün ən maraqlı və məzəli Xalq Cəbhəsi Partiyasının sədrinin şəklidir. Şəkli Əli Kərimli Buryatiyada əsgərlikdə olanda çəkdirib, serjant poqonları ilə. Yəqin inşaat batalyonunda bölmə komandiri olub və tabeliyində olan əsgərlərlə suvaq ya hprgü planını yaxşı ödəyib. Bunlar öz yerində. Maraqlı və məzəli orasıdır ki, özünü ən birinci müxalifət qüvvə sayan partiyanın rəhbərinin milli ordunun formasında çəkilmiş şəkli yoxdur. Yəni Cəbhənin hakimiyyətdə olduğu vaxtda bu məsul şəxs səngərlərdə əsgərlərimizə baş çəkə bilərdi.

Çəkməyib.

Sonra deputat olduğu on il ərzində cəbhə bölgəsinə gedə bilərdi, əsgərlərimizlə qol-boyun  şəkil çəkdirə bilərdi.

Getməyib və çəkdirməyib.

İndi sovet serjantı formasındakı şəkliylə Əli Kərimli nə demək istəyir?

Əlbəttə, öz-özlüyündə Sovet Ordusuna xidmətdə pis heç nə yoxdur. Mənim mərhum qardaşlarım üç nəfərə səkkiz il əsgərlik çəkmişdilər və mən onlara həsəd də aparırdım. Ancaq indi Azərbaycan müstəqil ölkədir, öz ordusu var, bu ordu döyüşür və az qala hər gün itki verir. Və bu faciənin fonunda Əli Kərimli sovet serjantının formasında FB səhifəsindən xalqa irişir…

Bəlkə də belə şəkli FB-a qoymağı Əli Kərimliyə onun müşavirləri məsləhət veriblər. Əgər belədirsə, bu məsləhəti verən ya idiotdur ya da Azərbaycanın düşmənidir.

Əli Kərimli, əlbəttə, bundan sonra cəbhəyə gedən deyil. Necə ki, bundan sonra İsa Qəmbər yanını “divan”dan çətin qaldıra. Son vaxtların şəhidləriylə maraqlanan hər kəs bilir ki, nəinki “yekələrin”, hətta sıravi bakılıların da uşaqları xidməti “qaynar nöqtələr”dən uzaqlarda keçirlər. Belə getsə, nəinki hakimiyyətdə olanların və harınların, hətta müxalifət rəhbərlərinin və qismən onun sıravi üzvlərinin də evində  milli formalı əsgər şəkli tapılmayacaq…