İKİ BAKILI HƏLAK OLUB. VƏTƏN, BAŞIN (BAŞQA YERLƏRİN DƏ) SAĞ OLSUN…

Həmişə yazıram ki, niyə cəbhə xəttində həlak olanarın hamısı kənd uşaqlarıdır, niyə iki milyon yarım əhalisi olan Bakı itki vermir.

İndi Bakı da itki verib…

İki nəfər paytaxt sakini faciəli şəkildə həlak olub.

Düzdür, faciə cəbhə xəttində yox, İsmayıllıda baş verib. Ancaq Azərbaycan kiçik bir ölkədir, Bakıdan başqa elə hər yer cəbhə xəttidir, qaynar nöqtədir…

Və o da düzdür ki, bakılılar erməni gülləsindən ölməyiblər. Onları istirahət evinin hovuzunda çimərkən “tok” vurub…

Kim bilir, bəlkə bu “toku” hovuza erməni təxribatçıları buraxıblar… Kim bilir, bəlkə istirahət evinin sahibinin nənəsi erməni olub. Yoxlamaq lazımdır….

Bir sözlə, ya zəlzələdən, ya vəlvələdən, iki bakılı Azərbaycanın cənnət guşəsində, hər damcısı qızıl qiymətli suların qoynunda həlak olub…

Məni bəlkə qınayacaqlar ki, Mirzə, bu, qara yumordur.

Bəlkə də elədir. Mənim belə şeylərdən başım çıxmır, ağ yumoru qara yumordan ayırd edə bilmirəm. Elə qara olmağı yaxşıdır. Biz qara gündəyik, ağ yumor haramıza yaraşır?

Mirzə ƏLİL

08.07. 2017, Samara