YASƏMƏN QARAQOYUNLUNUN İLHAM ƏLİYEVƏ EŞQ MƏKTUBU

yasəmən_qaraqoyunlu

Xalq şairi Səməd Vurğun yaxşı deyib:

«Sevgi sevən mərd olar,

Sevməyən namərd olar!»

«Həqiqi alim olmaq arzusuyla yaşayan» Yasəmən Qaraqoyunlu mərd-mərdanə prezident İlham Əliyevə vurulub və ona 13 səhifəlik məktub yazıb. Yasəmən Qaraqayunnlu prezidentə vurulduğunu xalqdan və İnterner camaatından guzlətmir və onunla ikilikdə olmaq arzusunu məktununu əvvəlindən bildirir, təəssüf edir ki, “sizinlə ikilikdə görüşmək qismətim olmayıb”. Ona görə Tatyana Larina Yevgeni Oneginə sevgi məktubu yazdığı kimi, Yasəmən Qaraqoyunlu da İlham Əliyevə eşq məktubu yazır, bir fərqlə ki, Yasəmən xanımın yanında Puşkin kimi şair olmayıb və ona görə məktubu nəsrlə yazıb .  Əlbəttə,, Yasəmən xanım blir ki, prezident evlidir və arvadı da üstəlik birinci vitse-prezidentdir. Ancaq Yasəmən xanım qorxmur. «İtiriləcək nəyim var ki, qolumdakı zəncirdən başqa”, — o, cəsarətlə deyir.

Yəni: “Zəncir bir tərəfdə, divanə bir tərəfdə”.

Bütün qadınlr kimi Yasəmən xanım da eşq elan edən kimi pul istəyir, deyir ki, itdən də borcludur, borcları illərdən bəri yığılıb qalır…

Sonra Yasəmən xanım cənublu bir tələbəni satır, deyir ki, bu tələbə ona qonaq gələndə prezidenti təhqir edib. İndi Mədət Quliyev bu məktubu oxusa, beş dəqiqənin içində bu tələbənin kim olduğunu biləcək. Və o tələbəni bir də bura qoyarlarmı? Elə qoymasalar yaxşıdır. Qırışmal deyib ki, İranda həyat daha ədalətlidir. Vay yalansa sənin lap… Salyanlılar demişkən, ala, avtomobil kranlarından iyirmi-otuz nəfəri birdən asan ölkə necə ədalətli olur?

Sonra Yasəmən Qaraqoyunlu keçir əsas məsələyə. Əsas məsələ də evdir, çünki eşq olan yerdə gərək eşq yuvası ola. Əlbəttə, Yasəmən xanın and-aman edir ki, ev ona yox, iyirmi il ərzində yığdığı kitablara lazımdır. Ancaq hansı prezident buna inanar ki, İlham Əliyev kimi uzunmüdddətli və irsi prezident buna inansın?

Birdən Yasəmən xanım söhbəti dəyişir və Dilaər hocanın nağılını danışır. Düzü, mən başa düşmədim ki, “hoca” nədir. Yəqin seksual azlıqlardandır. Hə, bu Dilavər hoca Bakı dövlət uuniversitretində işləyir. Günlərin bir günü bu zalım oğlu zalım avtobusun pulunu ödəməməmiş düşüb qaçır. Sürücü də buna ağzına gələni. Yəqin pulsuz düşüb qaçmaq Dilavər hocanın şakəridir…

Yasəmən Qaraqoyunlu daha bir peşəkar aferisti prezidentə satır: Faiq Ələkbərli adlı biri hər gün işə gedəndə yol pulunu qonşudan alır. İndi özünüz fkirləşin: əgər bu Faiq müəllim İlham Əliyev prezident olandan belə edirsə, indi o, qonşusuna nə qədər borclu olar!

Deməliyəm ki, məktub uzun olduğu qədər də dolaşıqdır, bəzən ikinci səhifədə deyiləni beşinci səhifədə deyilən yalana çıxarır.  Yasəmən xanım yazır: “17 yaşımdan meydanlarda Dövlət, Vətən, Millət, Azadlıq deyə mübarizə aparmışam, ölkəmi xarici ölkələrdə təmsil etmişəm, məqalələr yazmışam, məruzələr etmişəm”.

Bu cümlənin birinci hissəsinə elə də baş qoşmayaq. Çünki “meydanlarda mübarizə” şübhəli iddiadır. Hansı meydanlıar? Meydan bir deyildimi? Və Meydan toplaşmaları mübarizədən çox meydan tamaşası, zorxana deyildimi? “Meydan” Azərbaycan millətini təşkilatlandırdı ya Rəhim Qazıyev, İsgəndər Həmidov, Nemət və s. kimi başıpozuq insanları yüksək tribunalara qaldırdı? Sonrakı məğlubiyyətlər Meydandan başlamırmı?

Cümlənin ikinci hissəsi daha maraqlıdır. Belə çıxır ki, öz həyatını cəhənnəm sayan, ah-nalə edən Yasəmən xanım dəfələrlə xarici ölkələrdə olub. Əlbəttə ki, öz hesabına yox, dövlət hesabına. İndi gəlin Yasəmən xanımı bir filosof kimi qiymətləndirək.

“Əkinçi” qəzetində bir molladan yazı var, o molla iddia edir ki, “imam Cəfər-Sadiqin vaxtında teleqraf olub”.

Yasəmən xanım yazır: “Avropa humanizmindən 500 il əvvəl Azərbaycanın,Türk- islam-şərq mədəniyyətinin ideya qaynağı olmuş İnsan bütün yaradılışın əşrəfi hesab edilmiş, Yaradanın İnsanda təcəlla etdiyini irəli sürən filosoflar , “Qorxdular haqq deməyə, döndülər insan dedilər”(İ. Nəsimi, Hürufilik,Ələvilik təriqətləri) deyərək vəhdət-əl vücud və panteizm(Ş.Təbrizi, M.Həllac,İbn Ərəbi) konsepsiyalarını formalaşdırmışlar”.

Bir şey başa düşdünüz? Çətindir? Gözünüzün qabağına gətirin Avropa humanizmdən 500 il qabaqkı Avropanı və Avropa humanizmdən 500 il qabaqkı Azərbaycanı? Avropanı gətirə bilirsiniz, Azərbaycanı yox? Sizi başa düşürəm, Azərbaycan o vaxt olmayıb…

 

Yasəmən xanım yazır: “Hz.Əlinin bir deyimini çox bəyənirəm. “Zülmə dözmək əxlaqsızlıqdır””.
 Həzrət Əli bunu harda deyib? Kimin yanında? Yazılı mənbə var? Təsəvvür edibn ki, bunu deyən ara mollası yox, fəlsəfə institutunun əməkdaşıdır. Filosof…

(yazının əvvəli)

Реклама