ABIRLI CƏMİYYƏTDƏ ƏLİ HƏSƏNOV KİMİLƏRİN ADI «ÖLÜSOYAN»DIR

АЛИ ГАСАНОВ.jpg

Əli Həsənovun nəvəsiylə bağlı hadisənin Azərbaycan ordusuna, Qarabağ müharibəsinə, ərazi işğalına dəxli varmı?

Zahirən dəxli yoxdur. Ancaq əlaqə elə dərində deyil, çox diqqət tələb etmir.

Mən həmişə deyirəm ki, Azərbaycan ordusu Ermənistan ordusu ilə döyüşməyə, geniş ərazidə uzunmüddətli müharibə aparmağa hazır və qadir deyil. Mən hərbçi deyiləm, əsgərlik də çəkməmişəm. Ancaq Azərbaycan ordusunun düşmən ordusundan zəif və müharibəyə qadir olduğunu demək üçün əsgərlik çəkmək lazım deyil. (Azərbaycan prezidenti, məsələn, əsgərlik çəkməyib, ancaq deyir ki, ordusu hər şeyə qadirdir, ancaq nıdınsı bunun sübutunu görmürük).

Ermənilər 25 ildən artıqdır ki, Azərbaycanın böyük ərazisini işğal ediblər. Dağlıq Qarabağın Bakının itaətindən çıxdığı 30 ilə yaxındır. Əhalisi Ermənistan əhalisindən az qala beş dəfə çox, hərbi xərcləri Eemənistan büdcəsindən də artıq Azərbaycan işğal altında olan bir kəndi də azad edə bilmir. Bunun yalnız bir səbəbi ola bilər – ordunun adı var, özü yoxdur!

Mən indi İnternetdə Əli Həsənov haqqında məlumatlara baxıram: onun quldur olmasından mətbuatda neçə ildir yazırlar. 2011-ci ildə onun vəzifəsində azad ediləcəyini gözləyənlər olub. Bir qədər vaxt keçib, Əli Həsənovun səlahiyyətləri daha da artırılıb. Yəni bu quldurun büdcəni, qaçqıbnları, köçkünləri talanlamaq, nəvələrinə yeni avtomobillər imkanı artırılıb.

Bunu, əlbəttə, İlham Əliyev edib.

İnşaat, səhiyyə sahələriylə tanış olanlar bilirlər ki, burda da quldurluqdur, talançılıqdır. Yəni Azərbaycan hökuməti qabığından özəyinə qədər korrupsiya ilə yoluxmuş bir orqanizmdir. Bu orqanizdəki əzaların birindən sağlamlıq gözləməyə dəyərmi?

Müdafiə nazirliyi öz paradları ilə, nümunəvi yeməkxanaları ilə və bahalı silahları ilə təsəvvürü sarsıda bilər. Sentimental vətənpərvərlər saydıqlarımı televiziya ilə görəndə hətta ağlayırlar da. Ancaq paradlarla, yeməkxanalarla və hətta bahalı silahlarla qələbə qazanılmır.Orduda yüksək yazırlıq, yüeksək intizam, yüksək ruh, savadlı rəhbərlik olmalıdır. Bunların olmadığını bilmək üçün heç təftiş keçirmək lazım deyil.

2014-cü il avqust  döyüşləri başlananda müdafiə naziri Zakir Həsənov Bodrumda kefdə idi!

O döyüşlərdə ölən gizir və əsgərlərin hamısı kənd uşaqlarıdır. 2016-cı ildə ölənlərin də demək olar ki, hamısı rayon, kənd uşaqlarıdır. Bu ordu necə komplektləşdirilir? Şəhər uşaqları cəbhədən necə yayınırlar? Lopaq verirlər? Balalarının güllədən qoruyan valideynlərzabitlərə, generallara rüşvəti popaqla vermirlər, manatla, dollarla verirlər, rüşvəti qızılla istəyən də olur.

Bu cür komplektləşdirilən, qurbanlıq quzulardan tərtib olunan ordudan nə gözləmək olar?

Atəşkəs dövründə minlərlə əsgər və zabit ölüb. Minlərlə! Niyə bunların içində bir nəfər məmur balası yoxdur? Niyə Lerikli, astaralı, masallılı, imişlili, salyanlı, qusarlı, şamaxılı uşaqlar Əli Həsənov kimi oğraşların nəvələrinin kefindən ötrü ölməlidirlər?

Əli Həsənov kimi insanların adı abırlı cəmiyyətdə “ölüsoyandır”. Əlbətə, o, qaçqınları, köçgünləri soyur, ancaq fürsət olsa, ölünü də soyar. Əli Həsənov üçün qaçqınlıq, köçgünlük tükənməz sərvət mənbəyidir və imkanı olsa, işğaldakı qədər də ərazini ermənilərə satar – nə qədər çox qaçqın, nə qədər şox köçgün olsa, gəliri o qədər artar….

Kim fikirləşirsə ki, orduya rəhbərlik edənlər Əli Həsənovun tayı deyillər, o ya sadəlovhdür ya da özünü gicliyə vurur. Yox, əgər kim ürəkdən inanırsa ki, ordu qaçqınkomdan ya səhiyyə nazirliyindən fərqlənir, qoy uşağının on səkkiz yaşı çatanda boğazına qırmızı sarqı bağlayıb aparıb yıxsın Zakir Həsənovun ayağlarının altına…

X.X.

 

Реклама