MEHMAN ƏLİYEVİN HEYDƏR ƏLİYEVİ ÖLÜMDƏN QURTARMAQLIĞI

         (“Yeralaş”a bənzətmə)

Günlərin bir günü Heydər Əliyev dənizdə çimərkən başlayır boğulmağa. Cavan bir oğlan özünü atır suya və Mərkəzi Komitənin birinci katibini itələy-itələyə gətirib çıxarır sahilə. Heydər Əliyev özünə gələndən sonra cavanın adını soruşur və deyir:

  • Mehman, bala, mən Brejnevdən xahiş edərrəm, sənə Sovet İttifaqı Qəhrəmanı adı verər.

Mehman Əliyev sıxıla-sıxıla deyir:

  • Yoldaş Əliyev, mən heç bir qəhrəmanlıq göstərməmişəm. Borcumdur

Heydər Əliyev deyir:

  • Onda gəl sənə beşotaqlı ev verim bulvarın yanında.

Mehman Əliyev yenə utana-utana deyir ki, evə ehtiyacı yoxdur.

Heydər Əliyev qalır məəttəl:

  • Mehman, axı bəs mən sənin xəcalətindən necə çıxım? Sən məni ölümdən urtarmısan!

Mehman Əliyev o yan-bu yana baxıb astadan deyir:

  • Yoldaş Əliyev, mənim xəcalətimdən çıxmaq istəyirsinizsə, heç kimə deməyin ki, mən sizi ölümdən qurtarışam. Millət bilsə, məni öldürər. Heç tarix də bunu mənə bağışlamaz…

Mİrzə ƏLİL

28.08.17

 

Реклама