ZƏLİMXAN YAQUB BİZİ RÜSTƏM BEHRUDİYƏ TAPŞIRIB GEDİB…

rüstəm_behrudi.jpeg

İ

Rusiyada cənazə qapıdan çıxanda mərhumun ən yaxınları şivən qoparırlar: “Na koqo, na koqo tı nas ostavil (a)….” Yəni bizi kimə tapşırıb gedirsən…

Zəlimxan Yaqub öləndə yəqin Azərbaycanda şivən qoparmasalar da, ciddi narahatlıq keçiriblər: “Bizi kimə tapşırıb gedirsən…”

Rüstəm Behrudinin şeirlərini oxudum və gördüm ki, heç narahat olmağa dəyməz: Zəlimxan Yaqub azərbaycanlıları Rüstəm Behrudiyə tapşırıb gedib. Ancaq deməliyəm ki, Zəlimxan Yaqub Rüstəm Behrudidən istedadlı olub, daha dəqiq desək, Zəlimxan Yaqubda poetik vergi olub, Ancaq Rüstəm Behrudi özünü şairliyə qoyanlardandır. Bu onun mərhum Zəlimxan Yaquba oxşamağına mane olmur – həmin uzun, cəfəng şeirlər, “lər, lər, pəncərələr” səviyyəsində qafiyələr, arxaik dil, dolaşıq fikirlər və onların çətin anlaşılan ifadəsi.

Bir şeirə diqqətlə baxaq. Çünki bu yazı “Azadlıq” radiosunun saytına qoyulub. “Azadlıq” radiosunu isə, bildiyiniz kimi, ABŞ konqresi maliyyələşdirir. ABŞ-ın necə dövlət olduğunu da bilirik.

İndi keçək şeirə.

Əvvəlki 20-24 misranı başa düşmək çətindir. Tədricən çatır ki, Rüstəm Behrudi “ana dili” ifadəsinin əleyhinədir. Onun fikrincə, “ata dili” olmalıdır. Çünki, yenə müəllifin fikrincə, yaxşı axtarsan, çox adamın anası zay çıxar… Müəllif əlini qoynuna qoyub durmur, çəxır küçəyə, məktəbdən gələn, bağçadan gələn uşaqları yaxalayır, bir-bir soruşur: “Ananın adı nədir?” Uşağın biri deyir “Vera”, biri deyir “İnna”, biri deyir “Anuş”… Müəllif uşaqların yaxasını buraxıb başına-gözünə döyüb ağlayır “Can, dilim, gördünmü sabahın ölümə tuşdur…”

Müəllif get-gedə fikrini inkişaf edtirir və deyir ki, azərbaycanlılar başqa millətlərdən olan qadınları ala-ala qanımızı korlayıblar və millət ölümə məhkum ediblər.

Yad qadınlara evlənənlərə Rüstəm Behrudi Londona gətirilmiş Qarabağ atını nümunə göstərir. Bu Qatrbağ atınıın ətrafında, müəllifin yazdığına görə, çoxlu “madyanlar” var, ancaq onlar “yad madyanlardır”, ona görə Qarabağ atı onlarla cinsi əlaqəyə girməkdən qətiyyətlə imtina edir və samana-bəlimə sürtüşə-sürtüşə pzünü yola verir…

Ah, madyanlar… Yad madyanlar…

Bu adam,  yəni Rüstəm Behrudi haqqında nə deyəsən? Əlbəttə, şair deyil, qrafomandır, ancaq belələri yüzlərlədir, minlərlədir.

Cahildir, əlbəttə, ancaq cahillər də minlərlədir və bəlkə saysızdır. Bu cahil ona görə təhlükəlidir ki, fəaldır, gözə kül üfürməyi bacarır.

Bu adam bilmir ki, Rusiyanı ən çox qüdrətləndirən, ən çox genişləndirən alman qızı İkinci Yekaterina olub. Və Birinci Pyotrdan sonrakı çarların hamısı əslində əcnəbi olublar. Avropanın monarx ailələrində saraylararası nikahlar qanun olub.

Bu adam bilmir ki, Azərbaycan kimi çoxmillətli ölkədə mağara səviyyəli millətçilik ölkənin əsaslarını sarsıtmaqdır. Azərbaycanda nə qədər talış-azərbaycanlı, azərbaycanlı-ləzgi ailələri var? Cəfər Cabbarlı kim olub? Mikayıl Müşfiq?

Nazim Hikmətin rus arvadının adı Veradır…

Rusca danışan, rusca yazan Leyla Əliyevanın da anası Vera ya İnnadır?

Və son sual: sən ordubadlı olub neyəlmisən? Belə uzunçu, cəfəng şeirərlə Vətənə başucalığı gətirirsən?

Və demoktratik ABŞ vergiverənlərinin hesabına fəaliyyət göstərən “Azadlıq” radiosunun belə millətçi yazıları nəşr etməyi yolverilməzdir.

X.X.