KİLSƏ HƏYƏTİNDƏ QIZILGÜLLƏRİN…

Kilsə həyətində qızılgüllərin,
Ətrindən elə bil nəfəs ləngiyir.

Yeriş yavaşıyır, durub baxırsan,

Güllərin ağına, qırmızısına.

Tutur ciyərini ətir bir anda,

Baxdıqca baxırsan göz ayırmadan.

İndi içəridə ibadət gedir,

Buxurdan qoxusu tutub məbədi.

Sükutu titrədir xorun nəğməsi,

Və yanıb tökülən şamların səsi,

İsanın Tanrıdan doğulduğuna,

Özünün də Tanrı həm olduğuna
Lazarın təzədən dirildyinə,

Qiyamətin doğru deyildiyinə,

İnananlar gedir səcdəyə orda,

Dolur ciyərlərə şirin buxurdan….

Mən — müsəlman oğlu, imanı — şübhə,

Durmuşam ləklərin önündə tənha.

Tanrı ilhamından yaranan gülə,

Yaraşan bir kəlmə sözüm yox belə….

12.09.2017