ATALAR VƏ OĞULLAR: CƏFƏR MEHDİ VƏ ƏLİSƏMİD KÜR

Əlisəmid.jpg

İndi bilmirəm necədir, qabaqlar gəlin-qayınana davalarında “murdarı təmizə qarıışdırır, təmizi murdara” qınağı tez-tez səslənərdi. Bunu ya gəlin qayınanadan deyirdi, ya qayınana gəlindən…

Azərbaycanının mənəvi-mədəni həyatının hansı sahəsiylə tanış olursan, “murdarın təmizə, təmizin murdara” qarışdığını düşünürsən. Təəssüf ki, siyasi həyat da belədir, ancaq siyasətlə işim yoxdur. Mənim mövzum ədəbiyyatdır. Daha konkret – poeziya.

Bir dəfə Folknerdən müasir rus ədəbiyyatı haqqında fikrini soruşublar, cavabında deyib: “Orda…yazıçılar olmalıdır…”.

Folknerdən bu cavaba görə xeyli incimişdilər. Oncaq Folkneri Rusiyada sovet vaxtı başqa səbbədən çap etmirdilər…

Düşünürəm ki, məndən inciməzlər və özümü Folknerə tay qoyduğumu da düşünməzlər – Azərbaycandan kənarda yaşadığım otuz beş ildən çox vaxt ərzində həmişə düşünmüşəm ki, “orda ədəbiyyat olmalıdır…” Mən 1981-ci ildən sonra yazılanları vaxtında oxuya bilməmişəm, boynuma alsam, oxumağa elə həvəsim də olmayıb. İnternetə qoşulduğun on ildən də azdır, Azərbaycanda yazılan şeirlərə isə yalnız son vaxtla, özü də uzun fasilələrlə baxıram. Və baxdıqca, Folkner demişkən, “orda” ədəbiyyatın olduğuna məndə şübhə yaranır…

Yəni əsil ədəbiyyatın, ciddi ədəbiyyatın.

Yəqin belə ədəbiyyat “orda” var, ancaq əsil, ciddi ədəbiyyat kimi üzə çıxanlar ya üzə çıxarılanlar adamı çaş-baş salır.

Əlisəmid Kürün adına İnternetdə bir neçə dəfə rast gəlsəm də, son günlərə heç bir yazısını oxumamışdım. Təxminən bilirdim ki, Salyandan yaxşı tanıdığım mərhum Cəfər müəllimin oğludur. Cəfər Mehdiyev, Allah günahlarından keçsin, çox dolaşıq adam idi. Bir neçə il Salyandakı ədəbiyyat dərnəyində birgə iştirak etmişik. Səhv etmirəmsə, 1978-ci ildə”Qələbə” qəzetinin redaksiyasında gözlənilmədən dava düşdü. Deməliyəm ki, Cəfər müəllimlə başqa davalarımız da olub. Ancaq bu dava gözlənilməz və rüsvayçı idi. Mənim müzakirə üçün oxuduğum şeirdə belə bir misra vardı:

“Bu köhnə avtobus, tozlu avtobus….”

Şeir bitən kimi Cəfər müəllim yerindən sıçradı: “Tozlu? Köhnə? Sovet gerçəkliyinə böhtan atırsan? 30-cu illərdə səni əlli-ayaqlı…”

Adını çəkmədiyim bir nəfər də, deyək ki, F., qalxdı: “Xeyrulla, sən yolundan sarpmısan!”

Mən də qışqırırdım…

“Qələbə” KQB ilə bir binada yerləşirdi…

Şeir nəinki siyasi, hətta ictimai də deyildi. Eşq şeir idi. Yəni salonda oturan qə.əng bir qıza görə “tozlu, köhnə avtobus” müəllifin gözündə gəlin faytonuna dönürdü…

Bu davanın sağ şahidləri var. Məsələn, Nizami müəllim. Nizami Oruc…

Cəfər müəllim, Cəfər Mehdi ömrü boyu ictimai-siyasi şeirlər yazırdı. Yəni ki, dünyada ən mahsuldar yazan olub. Ancaq o vaxtlar qalın jurnalda bircə şeiri çıxmışdı: səhv etmirəmsə, 1976-cı ildə “Azərbaycan” jurnalı Cəfər Mehdinin Sovet İttifaqı Kommunust Partiyasının növbəti qurultayının açılmasına həsr olunmuş şeiri ilə açılırdı….

Əslində mən bu məqaləni yazmağa sövq edən Əlisəmid Kürün bir müsahibəsi oldu. Əlisəmid fəxrlə deyir ki, Rövşən Lənkəranskiyə şeir həsr edib, şeirdən bir parça hətta Rövşən Lənkıranski haqqındakı kitaba salınıb…

Burda kimin goru çatlasın? Ata Leninə şeir həsr edirdi, oğul oğruya…

Hə, qeyd edim ki, mərhum Cəfər müəllim Leninə minlərlə misra həsr edib…

Yeddi-səkkiz il qabaq Salyan qəbiristanlığında Cəfər Mehdinin qəbrini gördüm. Qəbirdaşına şeir yazılmışdı, şeir deyəndə ki, şeirr iddialı mətn, çoxlu orfoqrafiqk səhvlərlə…

Təhsil Tanrısı bəlkə beləcə mərhumdan qisas alıb: özünüz fikirləşin, Leninə kiometrlərlə şeur həsr edən adam şagirdlərin başına zibildən başqa nə yeridə bilərdi?

Bir dəfə də Cəfər müəllimlə ciddi davamız 1982-ci ilin yayında olub. Mən o vaxt Moskvadan tətilə gəlmişdim. Dava Fərqanə Mehdiyevanın üstündə oldu…

Cəmi bir il bundan qabaq təsadüfən bildim ki, Cəfər müəllimin aqressiv həmləsindən müdadfiə etdiyim Fərqanə ciddi ədəbiyyat məmuru olub…

Və bəlkə də atası ilə şəxsi tanışlığım məni Əlisəmid Kürlə yaxından maraqlanmağa sövq etdi. Xeyli yazısını oxudum…

Yaxşı şeirlə pis şeiri, ümumiyyətlə şeiri şeir olmayan mətndən ayırmaq, əlbəttə, mümkündür. Çətin – bunu oxucuya anlatmaq, müəllifə sübut etməkdir. Yəni ədəbi tənqidçinin işi müstəntinqin işindən də çətindir – zövq stahdartlarını, sənətkarlıq meyarlarını əşyayi-dəlil kimi işlətmək mümkün deyil. Ona görə ədəbiyyatda – başqa millətlərin ədəbiyyatlarında da – sayı ordu tərtib edə biləcək insanlar şair, yazıçı adını daşıyırlar. Əlbəttə, musiqidə də istedadsız adamlar ad qazanırlar və çox irəli gedirlər də. Ancaq müxtəlif musiqi janrlarının sınaq baryerləri var. Məsələn, xanəndə iddiasında olan adam gərək “Çahaggah”ın heç olmasa hisarına, müxalifinə qədər çıxa bilsin. Şeirdə belə baryerlər də yoxdur. Guya ağ şeir yazırlar deyə qafiyəsiz, ölçüsüz cümlələri alt-alta düzürlər ki, bu da şeirdir. Əlbəttə, belə müəlliflərlə danışmağın faydası yoxdur. Mübarizə oxucu uğrunda getməlidir. Oxucuya əsil şeiri şeir olmayan mətndən ayırmaqda kömək etmək lazımdır.
Əlisəmid Kür müsahibəsində (müsahibə götürən də deyəsən gənc şairdir, ağzının suyunu axıda-axıda şairi “əmi” çağırır…) deyir ki, yaxşı şeirləri altdan yuxarı oxumaq olmaz, ancaq yuxarıdan aşağı oxumaq olar.
Mən bu məsləhətlə Əlisəmidin “Yoxa çıxanXan sarayı” oxuyuram
Bax gör
neylədilər,
neylədilər bu şəhərdə!?.
Uçurulan
Şah sarayı deyil,
dağılan xan mülkü deyil
bu şəhərdə…
Bir şeirin baş beyti itib,
Şah misrası yoxa çıxıb
İçərişəhərdə!
Və başa düşmürəm ki, bu yazı nəyə görə şeir adlanır və, məsələn, sarı və hörmətli Moderator.az saytında gedən informasiyadan nə ilə fərqlənir? Bəlkə burda ritm var? Yoxdur? Gözlənilməz metafora? Yoxdur! Orijinal dil? Yoxdur? Orijinal qafiyələr? Yoxdur! Bu yazını şeirə oxşada yeganə cəhət cümlələrin parçalanması və alt-alta düzülməsidir.
Başqa bir yazı. Anaya həsr olunub.
“Hayana üz tutsam,
Hayana üz çevirsəm”
Əlbəttə, hələlik şeir misrası yoxdur, yuxarıdakı iki cümlə isi bir-birinin təkrarıdır.
“Qəlbimdə göyərən çiçək arzuya
Bir dəniz sevgisi içirə bilsəm…”
“Çiçək arzu” — əlbəttə, milyon dəfə işləndiyindən bayağıdır və metafora kimi primitivdir. Bu “çiçəyə” “dəniz sevgisi” içirmək isə fikir dolaşıqlığıdır – dəniz sevgisi dəniz suyu ilə assosiasiya doğurur, dəniz suyu isə şordur – onu çiçəyə necə içirdərsən?

Sonra:
Qalsam yarı yolda
Əlimin içindən dərd göyərəcək
Ovcuma sıxılan barmaqlarımı
bir kimsə görməyəcək
Yadınıza salım ki, keçən əsrin 60-cı illərində Ələkbər Salahlıda əl göyərirdi, məsələn, Niyazinin ovcunda dirijor çubuğu. İkinci beytdə isə yenə fikir dolaşıqdır: barmaqlar sıxılanda yenə görünürlər, görünməyən ovucun içidir…
Əslində bu iradlar yazının poetik keyfiyyətinə aid deyil, çünki poeziya yoxdur. İradlar fikrin nizamına və nizamlı da ifadəsinə aiddir. Yəni Əlisəmid gəlişi gözəl –naşılar və cahillər üçün – sözlərlə şeir təsəvvürü yaratmağa çalışır…
Mən, əlbəttə, klassik şeirin tərəfdarıyam, sərt formalı şeirin tərəfdarıyam, ağ qafiyəsiz, formasız şeirlər həm də hər cür qrafomanlar, ədəbiyyat aferistləri üçün meydan yaradır. Əlbəttə, sərt forma özü-özlüyündə şeir yaratmır. Nəsiminin Cahangir Qəhrəmanov topladığı məcmuəsində, səhv etmirəmsə, təxminən 600 şeir var. Onlardan yalnız iyirmi-otuzu böyük şeirdir, yəni müəllifinin böyüklüyünü təstiq edən şeirdir. Digər tərəfdən, gözəl “formasız” şeirlər də olur, məsələn, Nazim Hikmətin şeirlərinin bir hissəsi. Formalı şeirin bir üstünlüyü var: müəllif ən azı sənətin əsaslarını öyrənib, ölçü-bizi bilir və s. Bizdə formasız şeir aferistlik və hətta şarlatanlıq üçün meydandır. Sovet vaxtı qılıncının dalı da, qabağı da kəsən şairlərimiz bir sözü bir misra kimi işlədib jurnallara 2 manata satırdılar – bir ətək pul idi! Rəhmətlik Rəsul Rza belə yazmırdımı? Şeirinin uzunluğu kilometr, yəni qaz vurub qazan doldururdular. Formasızlıq əslində çoxlu istedadlı şairlərin evini yıxdı, onları inkiafdan saxladı. İsa İsmayılzadə, Ələkbər Salahzadə kimi şairlər özlərini dağa-daşa vurmadılar, zəhmət bilməyən, xalturaya öyrəşən adamın isə istededı açılmamış yaz qarı kimi əriyib gedir. Məni Azərbaycan poeziyasında ən çox həyəcanlandıran və hətta sirliliyi ilə ovsunlayan şeirin – “Bəzən haqq qazanır insan öləndə” – əsas bədii keyfiyyəti ağır düşüncəyə adekvat sərt forma deyilmi?
Yuxarıda Əlisəmidin Rövşən Lənkəranskiyə yazdığı şeirdən fəxrlə danışdığını dedim. Əlisəmid Kür Rəsul Rzanın da ölümünə şeir yazıb:
“Ölümünlə aldatdın bizi
aprelin birində — başaldatdı günü.
Yüyürdüm ölümün ardınca;
İnsan axını yol vermədi…:”
Əlisəmid Kürü qan-tər içində xalq şairinin cənazəsinin dalınca qaçdığını təsəvvür edursiniz? Və Rəsul Rza ölümüylə Əlisəmidi necə aldadıb? Ölməyəcəkmiş? Başqa gün öləcəkmiş?
QÖlümün utana-utana gəlmişdi
Fəxri xiyabana.
Çəkinə-çəkinə,
qızara-qızara
girmişdi məzara”.
Qızara-qızara Fəxri xiyabana gələnə ölümü necə, təsəvvür edirsiniz?
Bu şeirdir ya qapazvurdu səhnəsi?
Rövşən Kənkəranski ilə yanaşı Əlisəmidin daha bir qəhrəmanı var: Əbülfəz Elçibəy. Eıçibəyin ölümünə həsr olunan mərhum eks-prezidentin şeirdə dəlixanada dəlilər ehsan verirlər, ancaq dəlinin biri yemir.
ehsan yeməyən bir dəli
elə hey qışqırırdı:
— Sən neylədin,
nə oyun çıxartdın,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey…
“Nə oyun çıxartdın, ay Əbülfəz…” Bu müraciət formasından bilinir ki, ölən general de Qoll deyil… De Qoll, ədalətlə desək, İsgəndər Həmidov kimi adamları başına yığmazdı….
Başqa bir şeiri götürək:
“Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən sonra
Şuşanı qorumağa qalxan onlarla tar
hamısı orada döyüşüb həlak olublar,
Və darvazamızı fələk vurubdu….”
Oxudunuz?Hə düzdür, sonuncu misra “Mirsə Səfər” hekayəsindəndir, ancaq razılaşın ki, yuxarıdakı “misralarla” müqayisədə əsil şeir misrası elə Mirzə Səfərin şeiridi… Tarlar Şuşada döyüşə qalxıblar… Yəqin bu, Rəhim Qazıyevdən sonra olub…
Və boynuma alım ki, bu parça Əlisəmid Kürün deyil, Vaqiv Cəbrayılzadı-Bayatlınındır. Və son otuz ildən də çox vaxt ərzində “Möhtəşəm” şair Vaqiv Baryatlının mətbuatda gedən şeirləri bu cür sayıqlamalar səviyyəsindərdir.

Yuxarıda Əlisəmidin Rövşən Lənkəranskiyə yazdığı şeirdən fəxrlə danışdığını dedim. Əlisəmid Kür Rəsul Rzanın da ölümünə şeir yazıb:
“Ölümünlə aldatdın bizi
aprelin birində — başaldatdı günü.
Yüyürdüm ölümün ardınca;
İnsan axını yol vermədi…:”
Əlisəmid Kürü qan-tər içində xalq şairinin cənazəsinin dalınca qaçdığını təsəvvür edursiniz? Və Rəsul Rza ölümüylə Əlisəmidi necə aldadıb? Ölməyəcəkmiş? Başqa gün öləcəkmiş?
«Ölümün utana-utana gəlmişdi
Fəxri xiyabana.
Çəkinə-çəkinə,
qızara-qızara
girmişdi məzara”.
Qızara-qızara Fəxri xiyabana gələnə ölümü necə, təsəvvür edirsiniz?
Bu şeirdir ya qapazvurdu səhnəsi?
Rövşən Kənkəranski ilə yanaşı Əlisəmidin daha bir qəhrəmanı var: Əbülfəz Elçibəy. Eıçibəyin ölümünə həsr olunan mərhum eks-prezidentin şeirdə dəlixanada dəlilər ehsan verirlər, ancaq dəlinin biri yemir.
ehsan yeməyən bir dəli
elə hey qışqırırdı:
— Sən neylədin,
nə oyun çıxartdın,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey,
Ay Əbülfəz, eeey…
“Nə oyun çıxartdın, ay Əbülfəz…” Bu müraciət formasından bilinir ki, ölən general de Qoll deyil… De Qoll, ədalətlə desək, İsgəndər Həmidov kimi adamları başına yığmazdı….
Başqa bir şeiri götürək:
“Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən sonra
Şuşanı qorumağa qalxan onlarla tar
hamısı orada döyüşüb həlak olublar,
Və darvazamızı fələk vurubdu….”
Oxudunuz?Hə düzdür, sonuncu misra “Mirsə Səfər” hekayəsindəndir, ancaq razılaşın ki, yuxarıdakı “misralarla” müqayisədə əsil şeir misrası elə Mirzə Səfərin şeiridi… Tarlar Şuşada döyüşə qalxıblar… Yəqin bu, Rəhim Qazıyevdən sonra olub… Bunu elə bil məğlub azərbaycanlıəları lağa qoyan erməni yazıb… 
Və boynuma alım ki, bu parça Əlisəmid Kürün deyil, Vaqiv Cəbrayılzadı-Bayatlınındır. Və son otuz ildən də çox vaxt ərzində “möhtəşəm” şair Vaqiv Baryatlının mətbuatda gedən şeirləri bu cür sayıqlamalar səviyyəsindərdir.
Əlbəttə, mən bu sözləri ona görə yaza bilirəm ki, Azərbaycandan uzaqdayam, Azərbaycanda belə yazmağa qorxardım, çünki Vaqif Bayatlının fanatları məni bəlkə də Əlisəmid Kürün öz diliylə desək, “yortardılar”. Bizim çoxumuzda şübhə yoxdur ki, siyasətə odla-alovla, səmimi, təmiz məramlarla gəlmiş insanlar illər keçəndən sonra ya qatı bürokrata çevrilirlər ya da bundan da pis olurlar: rüşvətxor, xəzinəyaran və s. Yəni adam həyat şərtləriylə, öz təbiətinin ibtidai instinklərinə uyğun dəyişir. Zeynəb Xanlarıvanın bir vaxt necə gözəl müğənni olduğunu köhnə yazılarına qulaq asıb bilmək olar.. İlk gəncliyində hətta mərhum İlhamə Quliyeva da yaxı müğənni olub. Sonra səsləri dəyişir, özləri dəyişir, özlərinə tələbləri dəyişir və bütün bunlar tam deqradasiya ilə nəticələnir. Gözəl bəstəkar Oqtay Kazımovun “Həyat sən nə qəribəsin” kimi neçə mahnısı var? Və bütün yaradıcılıq sahələrində təxminən eyni şey. Ona görə də Vaqif Bayatılının tam deqradasiyası təəccüb yox, yalnız təəssüf doğurmalıdır. Vaqif yaxşı şeirlərini yetmişinci illərin sonlarında və az-çox 80-ci illərin əvvəllərində yazıb. Sonra öz-özünü məliküşşüara elan edəndən sona ona elə gəlib ki, onun hər tərpənişi, hər sayıqlaması, hətta burun qurdalaması və corablarının iyi də poeziya faktıdır. Bunun üçün Vaqifin ən birinci “fanatı”, onun şeirlərin şələ-şələ, qarşısında heç bir tələb qoymamış çap edən Əkrəm Əylisli də günahkardır. Aşağı səviyyəli, demoralizə olmuş ədəbi tənqid də. Əslində onun faktik yoxluğu.
Niyə mən Əlisəmiddən Vaqif Bayatlıya keçdim? Çünki son on illərdə sənət standartlarını, səlində standartsılığı, səviyyəsizliyi yaradan Vaqif Bayatlı, Ramiz Rövşın kimi müəlliflər olublar. İyirmi-iyirmi beş yaşlarında qazandıqları uğuru renta kimi yeyirlər və antiədəbiyyat, antimədəniyyət onların hesabına əsil ədəbiyyatı, əsil mədəniyyəti basıb əzir…

(davamı var)

Реклама