ALEKSANDR PUŞKİN. HAFİZDƏN

ПУШКИН

ALEKSANDR PUŞKİN

   HAFİZDƏN

          (Fərat çayı qırağında düşərgə)

 

Əsgəri  şöhrətin eşqinə düşən,

Ey cavan oğlan!

Qarabağlılarla qanlı döyüşə,

Atılma, dayan!

Çıxmaz, bilirəm ki, ölüm qarşına.

Səni görəli,

Gözəlliyinə və cavan yaşına,
Qıymaz Əzrail.

Qorxuram bu qanlı döyüşlər ancaq
Tamam məhv edə,

Ürkək təvazönü davraışında,
Həyan da itə.

 

1829

Ruscadan tərcümə

26.09.17

Samara

Реклама