ƏYİLİN.. HARINLARIN AYAQLARINI, AYAQLARININ TORPAĞINI ÖPÜN…

ARİF 4.jpg

Doğma Azərbaycan millətimə əvvəllər də çox olmayan sevgim get-gedə lap azalır. Ölkəni, mərhum Asif Əfəndiyev demişkən, keçəl Həmzələr bürüyüb…

Keçmiş səfir Arif Məmədov. 2000-ci ildən 2015-ci ilə qədər diplomatik vəzifələrdə olub. (Nədənsə Vikipediyada bu adamın 2000-ci ilə qədər harda işlədiyi barədə məlumat vermir). Yəni ən azı 15 il ərzində dövlət maşınının bir hissəciyi olub. Və bu illərdə yüzlərlə insan Azərbaycanda təqiblərə məruz qalıb, Novruzəli Məmmədovun nəsli kəsilib, neçə jurnalist öldürülüb, onlıarla jurnalist, siyasi fəal şərlənib tutulub, parlament seçkiləri ədalətli keçirilməyib, məhkəmə sistemi tamamiilə icra hakimiyyətinə tabe edilib, əhali kasıblaşıb və s. Yəni bütün sahələrdə fundamental hüquqlar pozulub. Və ciddi beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən Arif Məmmədov öz soydaşlarının müdafiəsinə qalxmayıb, əksinə, rejimin qanunsuz hərəkətlərini pərdələməklə məşğul olub. 2015-ci ildə birdən ya keflilikdən ya ayrı səbəbdən İnternetdə tənqid məzmunlu iki kəlmə yazır və bu da Bakıdakı ağalarının xoşuna gəlmir. Onu səfirlikdən geri çağırırlar. Bu da iki ayağını dirəyir bir başmağa ki, qayıtmaram, mən müxalifətçiyəm.

O vaxtdan Avropada yaşayır. Maraqlıdır: hansı pula?

Bu məsələ maraqlı olsa da, o qədər vacib deyil. Diplomat işləyən azərbaycanlı vəziyyətindən stifadə edib varlanmırsa, o, azərbaycanlı deyil, onun zatında iş var.

Vacib başqa şeydir: bu Arif Məmmədov hansı mübarizəsinə görə müxalifətçi oldu?

By da çox vacib deyil. Çox vacib deyil. Çox vacib başqa şeydir:  Niyə mənim yüzlərlə soydaşım bu adamın İnternetdə şəklini pravoslavlar surət öpən kimi öpürlər? Təkcə öz şəklini yox, arvadının da gödəktuman şəklini…

Arif Məmmədov qızı haqqında hekayət yazıb. Onun Brüsseldə Amerika məktəbində Azərbaycanın büdcəsi hesabına oxumağından, işdən çıxandan sonra Azərbaycandan maliyyənin dayanmasından və s.

Bir sözlə. Bu qız Brüsseldə dəhşətli əzablar çəkib…. Yarım saaat. Papası məktəb direktoru ilə görüşüb yarınm saata işi həll edib. Qız havayı oxuyub qurtarıb. Girib Amerikanın ən yaxşı (hansına?) universitetinə, ən yüksək (hansı, adı nədir?) prezident təqaüdü alır…

Bunlar maraqlı deyil. Soydaşların reaksiyası maraqlıdır. İki il bundan qabağa qədər bu Arif  Məmmədov da xalqın qanını soran minlərlə zəlidən biri idi və Brrüssellərdə gödəktuman arvadıyla kef çəkirdi. İndi soydaşlarım bu adamın İnternetdə şəklini müqəddəs surət kimi yalayırlar, ona, arvadına, qızına valeh olduqlarını bildirirlər.

ARİF 1.jpg

Arif Məmmədov hekəyətini rusca yazıb. Rəylərin 99 faisi azərbaycanlılarındır. Bəziləri ruscanı yaxşı bilmirlər, gücənə-gücənə yazırlar. Fikir verin: Arif Məmmədov heç kimə cavab yazmır. Cəmi bir nəfərə cavab var, o da “millət deyil”, “Kolyan”dır…

Kül başına, ay millət!

ARİF 2.jpg

Bu hekayəni hələ “Azərbaycan saatı” da çap eləyib. “Azərbaycan saatını” kim maliyyələşdirir? Hansı ölkənin gergiverənləri? Fransızlar, almanlar ya amerikalılar niyə dünənki korrupsionerin “pozitiv imic” kampaniyasına pul xərcləməlidirlər?

“Azərbaycan saatı”nın redaktoru kimdir? Qənimət Zahid? Bu adam Şamaxıda qoyun otarsa, daha yaxşı olmazmı?

Əyilin, əyilin…Bu harınların, onların arvadlarının, uşaqlarının, ayaqlarından, ayaqlarının torpağından öpün. Və təəccüblənməyin ki, niyə torpaqlarınız düşmən tapdağı altındadır…

06.10.17