ALEKSANDR PUŞKİN
QURANA BƏNZƏTMƏLƏR
VI
Недаром вы приснились мне…
Əbəs yerə deyil yuxuda sizi
Gördüm başıqırxıq döyüşən anda.
İti qılıncların tiyəsi qanda,
Xəndəkdə, divarda, yerdə qan izi.
Çatsın hamınıza qoy bu şən səda,
Odlu səhraların mərd oğulları:
Cavan kənizləri siz əsir alın,
Bölün qəniməti öz aranızda.
Qələbə çaldınız, sizə şərəf-şan,
Ağürəklilərə — üzüqaralıq.
Onlar inanmadı çin yuxulara,
Döyüş meydanından ötüşdülər yan.
İndi tamahıyla bol qənimətin,
Peşmandır, əlbəttə, hamısı onlar.
“Özünüzlə bizi, axı nə olar,
Aparın” deyirlər, “yox” deyin qəti.
Döyüşdə ölənlər bəxtiyardılar,
Yerləri cənnətdir onların indi.
Keçir hər anları işrət içində,
Dünya qüssəsindən uzaqdır onlar.
1824
Ruscadan tərcümə
08.10.2017
Samara