ŞARL BODLER. SEVGİLİLƏRİN ŞƏRABI

бодлер

ŞARL BODLER

                 (1821-1867)

   SEVGİLİLƏRİN ŞƏRABI       

 

                      Aujourd’hui l’espace est splendide !

Ah, nə xoşdur bu gün aləm, nə qəşəng,

Nə qılınc oynayar, nə at kişnər.

Şərabla atlanaraq qalxıb uçaq,

Tanrı sirriylə dolu göylərəcən.

 

Qara qızdırmadan yanan, üzülən,

İki mələk necə divanə gəzər,

Səhərin mavi büllurundan aşaq,

Uzaq ilğım dalınca biz dolaşaq.

 

Ağılla gurlayıb gələn axının,

Astaca söykənək qanadlarına,

Halımız məstliyə bu anda yaxın

 

Baş vuraq, ah, bacım, bu dalğalara,

Bir behişt var, xəyalımdan yaranan,

Ora gedək, nə dincələk, dayanaq.

 

Franslzcadan tərcümə

17-18. 10. 2017

Samara

Реклама