«QƏMLİ NƏĞMƏLƏR» YOX, «QƏMLİ GÜRCÜSTAN»…

ПУШКИН

Puşkinin “Ne poy krasavitsa, pri mne” şerini həmişə aəzrbaycanca və Bülbülün səsiylə xatırlayıram – Ağabacı Rzayevanını rus şairinin sözlərinə yazdığı ronamsı uşaqlıqdan eşitmişəm. (Təəssüf ki, tərcümənin müəllifini tanımıram)

“Gözəl qız, gəl yetər, oxuma belə,

Gürcüstanın qəmli nəğmələrindən…”

Dünən şeiri tərcümə eləmək istədim və diqqətlə baxıb gördüm ki, elə əvvəldə orijinal mətnlə ciddi fərq var.

“Не пой, красавица, при мне,

Ты песен Грузии печальной…»

Əlbəttə, burda “qəmli” ya da “hüznlü” sifəti mahnılara yox, gürcüstana aiddir. Yəni “qəmli mahnılar” yox, “qəmli Gürcüstan”…

Tərcümənin sonrası yaxşı yadımda deyil, Bülbülün yazısını isə You Tube-da tapa bilmədim.

Ancaq deməliyəm ki, Ağabacı Rzayevanın musiqisi gözəldir, mətnin tərcüməsi dəqiq olmasa da, musiqiyə yatır…

X.X.