ABBAS SƏHHƏTİN TƏRCÜMƏSNƏ «ŞEDEVR» DEYƏNLƏRƏ: SÜBUT EDİN!

abbas sehet.jpg

Azərbaycanda çox adam şair Nəsimini “Nəsimi” adlı psevdotarixi melodram filmdən tanıdıqları kimi, “Qafqaz” şerini Abbas Səhhətin tərcüməsində bir misra ilə tanıyırlar. Birinci misra ilə. Məktəbdə çox az uşaq bu şeiri axıra qədər əzbərləyirdi, son bəndin öhdəsində sinifdə iki-üç uşaq gəlirdi. İndi bu tərcüməyə “şedevr” deyənlər görəsən onun hansı ləyaqətlərini nəzərdə tuturlar? Onlaırın orijinaldan xəbəri varmı? Onlar bu tərcümədən neçə misra əzbər bilirlər?

Keçən əsrin 70-ci illərində mənim Rəbiyyə adlı şagirdim vardı, bu “Qafqaz”ın orijinalını da əzbərləmişdi, şeiri hər iki dildə gözəl deyirdi. Tərcüməni öyrənənlər isə həmin sinifdə az deyildi. Ancaq mətnin özünü, demək olar ki, heç kim özü öz gücünə başa düşmürdü.

“Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən

Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar”.

Uşaq lar bir qayda olaraq belə hesab edirdilər ki, “tək” sözü “uçurum” sözünə aiddir. “Uçurum” özü sifətdir ya isim? Şair harda durub? Uçurum üstündə? Uçurum dağ üstündə?

Orijinalda: “У края стремнины», yəni “uçurumun qırağında”. Uçurum dağın elementi, hissəsidir, eyni vaxtda uçurumda və dağ üstdə dayanmaq – bu, tavtalogiyadır və ifadə dolaşıqlığı yaradır.

“Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən…”

Şair dağ üstündədir. Quş da. Dağda təpə necə ola bilər, bu, absurddur.

Orijinalda: “Орел, с отдаленной поднявшись вершины…» “Yəni uzaq zirvədən, yüksəklikdən qalxan qartal”.

Orijinalda qartal uçmur, “неподвижно парит», “yəni qanadlarını çırpmadan süzür”.

İkinci bənddə: “Где птицы щебечут, где скачут олени…»

Abbas Səhhətdə: “Orda quşlar ötər, ətrafı gəzər ceyranlar”

Orijinalda “marallar”dır. Dağda nə ceyran? Ya bəlkə olur?

3-cü bənddə

“Sığınıb dağda tikilmiş komaya insanlar”.

Belə çıxır ki, barak kimi bir koma tikilib, hamı qaçqın kimi ora yığılıb.

Orijinalda: “А там уж и люди гнездятся в горах».

Yəni yurd salırlar. Yuva bağlayırlar Mən elə belə tərcümə eləmişəm.

Abbas Səhhətdə: “Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar”.

Bütün heyvanlar?

Orijinalda: “И ползают овцы по злачным стремнинам».

Qoyunlar! Ancaq qoyunlar! “Münbit qayalıqlarla (ya dik yamaclarla) sürünürlər”. Mənim tərcüməmdə belədir. («Злачные» sözününün bu kontekstdəki mənasını yəqin ki, Abba Səhhət başa düşməyib).

Abbas Səhhətdə: “Yürüyür dağ aşağı orda çoban da dərəyə”.

Orijinalda: “И пастырь нисходит к веселым долинам».

Yəni “çoban şən vadiyə enir”.

Abbas Səhhətdə: «Necə məftun olur insan bu gözəl mənzərəyə».

Şərq tərənnümçülüyünün nümunəsi olan bu misra orijinalda yoxdur…

Son bənd üstündə dayanmaq istəmirəm, çünki “qəfəsi-ahən içində san şir” kimi ifadələr tərcümənin dil baxımından ciddi köhnəldiyini göstərir.

Abbas Səhhətin tərcüməsində orijinalın formasının saxlanmadığını bundan əvvəl yazmışdım.

Mən Abbas Səhhəti böyük vətəndaş sayıram və onun tərcüməsinə niyə “inci” dediyimi bilirəm.

Ancaq Abba Səhhətini tərcüməsində iki misranı da əzbər bilməyən, mənim tərcüməmi görın kimi Abba Səhhətin işinə “şedevr” deyən adamın məqsədi mənim işimi alçaltmaqdır.

Allah köməyiniz olsun!

Abbas Səhhət bu gün olsaydı, onunla rəftar mənimlə rəftardan yaxşı olmazdı. Bəxti gətirib ki, yaxınında Sabir kimi nəhənglər olublar. Sözün əsil mənasında Abbas Səhhət də dağ zirvəsinə qalxıb. Mənimlə rəftar isə elədir ki, özümü hər gün zibil tayasının üstündə hiss edirəm..
Allah bilən məsləhətdir…

X.X.

 

КАВКАЗ

Кавказ подо мною. Один в вышине
Стою над снегами у края стремнины;
Орел, с отдаленной поднявшись вершины,
Парит неподвижно со мной наравне.
Отселе я вижу потоков рожденье
И первое грозных обвалов движенье.

Здесь тучи смиренно идут подо мной;
Сквозь них, низвергаясь, шумят водопады;
Под ними утесов нагие громады;
Там ниже мох тощий, кустарник сухой;
А там уже рощи, зеленые сени,
Где птицы щебечут, где скачут олени.

А там уж и люди гнездятся в горах,
И ползают овцы по злачным стремнинам,
И пастырь нисходит к веселым долинам,
Где мчится Арагва в тенистых брегах,
И нищий наездник таится в ущелье,
Где Терек играет в свирепом веселье;

Играет и воет, как зверь молодой,
Завидевший пищу из клетки железной;
И бьется о берег в вражде бесполезной
И лижет утесы голодной волной…
Вотще! нет ни пищи ему, ни отрады:
Теснят его грозно немые громады.

 

 

 

Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən

Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar

Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən,

Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.

Buradan mən görürəm çeşmələri qaynamada,

Şübhəli, qorxulu uçqunları ilk oynamada.

 

Burda, məndən aşağı, göydə bulud oynaqlar;

Arasından buludun dağda su qaynar, çağlar.

Görünür onların altında böyük qar qayalar

 Onun altında zəifcə, qurumuş kol-kos var.

Daha ondan aşağı rəngi yaşıl ormanlar,

Orda quşlar ötər, ətrafı gəzər ceyranlar.

 

Sığınıb dağda tikilmiş komaya insanlar,

Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar.

Yüyürür dağ aşağı orda çoban da dərəyə;

Necə məftun olur insan bu gözəl mənzərəyə.

 Orda kim, daim Araqva çayı qəltan-qəltan

Çarparaq kölgəli sahillərə eylər cərəyan,

 

Dar keçid içrə fəqir atlı da pünhan görünür,

 Orda şiddətlə Terek nəhri xuruşan görünür.

 Oynayır, cəng eləyir dar qayalarla döyüşür,

 Acımış, dalğaları, daşları çeynər, ötüşür.

Təmə görmüş qəfəsi-ahən içindən san şir

 Çırpınır, gərniş edir sahili, guya, gəmirir.

Leyk, əfsus! Nə var təmə onunçün, nə sürur,

Onu müdhiş qayalar hər iki yandan da sıxır.

 

Реклама