“BƏNZƏRƏM MƏN UCA BİR DAĞA Kİ, DƏRYADA DURAR…”

Bəzən klassiklərə düzəliş eləmək tamahı yaranır…

“Durmuş idim kuçədə, bir də gördüm haman,

Ağrısını aldığım Feyzi gəlir lap piyan”.

Mən müəllim işləyəndə ikinci misranı uşaqlara belə oxuyurdum:

“Ağrısını aldığım Feyzi gəlir lül piyan”.

“Lap piyan” – dəftərxana ifadəsidir, protokol ifadəsidir. ( Ruslar demirlər «oçen pyan», «slişkom pyan», onlar deyirlər «vdrebezqi pyan», «v stelku pyan» və s.) Bəlkə Sabirdə əvvəldən belə olmayıb, sovet redaktorları dəyişiblər. Ancaq “lül piyan” daha təbii səslənir. (“Lül”ün nə olduğunu bilmirəm…)

 

Sabirin daha bir misrası:

“Bənzərəm bir qocaman dağa ki, dəryada durar”.

Dağın nə cavanı, nə qocası… Dağ dağdan ucalığıyla fərqlənər.

“Bənzərəm mən uca bir dağa ki, dəryada durar…”

Belə yaxşı deyilmi…

Əlbəttə, klassiklərə dəymək olmaz. Yanlışı görmək ancaq onlara olan fövqəladə diqqətimizi göstərir…

13.12.2017

Samara

 

Реклама