CEYMS COYS. GÖYƏRÇİNİM, GÖZƏLİM

joyce.jpg

My dove, my beautiful one… 

Göyərçinim, gözəlim,

Oyan, dur!

Dodaqlarım, gözlərim,

Şehdən islanır.

 

Ətirli yel ah dolu,

Nəğmə qoşur elə bil.

Oyan, dur, səhər olur,
Göyərçinim, gözəlim.
Sidr ağacı yanında,

Durub gözlərəm səni.

Ağ sinəli göyərçin!

Yatağın olsun sinəm,

 

Bəyaz şeh gilələri,

Örtər, bəzər saçımı.

Vəfalım, göyərçinim,

Oyan, dur görüm!

 

İngiliscədən tərcümə

25-26.12.2018

Samara