ALFRED LORD TENNİSON. HEÇ NƏ ÖLMƏYƏCƏK

Alfred_Lord_Tennyson,_autographed_portrait_by_Elliott_&_Fry.jpg        

ALFRED LORD TENNİSON

                 (1809-1892)

 HEÇ NƏ ÖLMƏYƏCƏK

                                                 When will the stream be aweary of flowing
                                                                      Under my eye?

Haçan yürüməkdən axın yorular

Mənim gözümdə?

Əsməkdən yorulub yel haçan durar

Göyün üzündə?

Haçan buludları üzəcək üzmək?

Haçan döyünməkdən bezəcək ürək?

Təbiət də öləcək??

Ah, heç vaxt! Heç nə, heç zaman ölməz!

Axın yürüyər

Gurlayar külək

Üzər buludlar,

Ürəklər vurar

Heç nə, heç zaman ölməz,

 

Heç nə, heç zaman ölməz;

Nə varsa, dəyişəcək

Əbədiyyət boyunca.

Dünyanın qışı gəlib;

Payızları, yayları,

Çoxdan ötüşüb gedib.

Yer quru özəyəcən

Ancaq təzətər bahar

Zəngin, yabanı həm də,

Gələr, küləklər əsər,

Dünyaya nəfəs verər

Qabıqdan özəyəcən.

Ora, bura
Torpaq,

Hava

Yeni bir həyatla dolana qədər.

 

Bu dünya heç zaman yaradılmayıb,

Dəyişər bu dünya, dağılmaz amma.

Eləsə əssin külək;

Zira səhər və axşam

Olacaqdır hər zaman

Əbədiyyət boyunca.

Heç nə doğulmamışdlr;

Heç nə də ölməyəcək;

Nə varsa, dəyişəcək.

1830

İngiliscədən tərcümə

20.01.2018

Samara

(qeyd: bu şeir azərbaycancaya çevirməyi mənə dilçi alim Həbib Zərbəliyev tövsiyə elədi)

Реклама