MƏMMƏD ARAZIN TİPİK MİLLİ ARZUSU — MAMIR OLMAQ…

ARAZ MƏMMƏD

Nəinki nəşriyyatların və dövrü mətbuatın, hətta ədəbi prosesin də tamamilə dövlət əlində və nəzarətində ollduğu ölkələrdə ədəbiyyat adlarının tanınmağı da dövlətdən asılıdır. Ona görə də “Azərbaycan sovet ədəbiyyarı” deyiləndə yalnız birinci ilk söz öz həqiqi mənalarına uyğundur. Ancaq ədəbiyyat həmişə ədəbiyyat deyil.

Müəyyən əlamətdar günlərlə bağlı İnternetdə tanınmış Azərbaycan şairləri haqqında məqalələr görürəm və bəzən şeirlərini də oxuyuram. Və ilk peşəm müəllimlik olduğundan fikirləşirəm ki, bu şeiri şagirdlərə necə oxuyardım, necə izah edərdim, uşaqlar hansı suallar verərdilər və s. Əlbəttə, tez-tez onu da fikirləşirəm ki, niyə bu şeir rəsmi status alır, dərsliklərə düşür, imtahanlara salınır və s. Məsələn, Məmməd Arazın bu şeiri: “Buyruqlara sığışmayan inaddım…”

Bu şeirə ifadə formasına görə lirik monoloq demək olar. Manifest də, özünütərif də. Hərçənd şeir bütövlükdə cəfəngiyatdır.

Birinci bəndə diqqət edin: inadı buyruqlara sığışmayıb; qanadı qanadlar yorub; ulduzlara barmaq eləyib və daş atıb. Ulduzlara niyə daş atdığını başa düşmək çətindir, bəlkə içkili olub; ancaq başa düşürük nə demək istəyir –şəxsyyətin miqyası böyükdür. (Dmitri Karamazob demişkən, çox böyükdür, mən bir az kiçildərdim…) Sual çıxır: kimdir bu şəxsiyyət? Prometey? Yuri Qaqarin? Bill Qeyts ya İlon Mask? Azərbaycanda 1970-ci ildə hansı hünər göstərmək olardı?

“Nizamlara baş əyməzdi nizamım”.

1970-ci ildə? Hansı nizama? Kommunist partiyasının nizamına? Kommunist partiyasının nizamına baş əyməyənlər o vaxt Permdə, Komidə dustaqlıq çəkirdilər, Məmməd Araz kimi Pitsundada, Brejnevlə qonşuluqda dincəlmirdilər…

Sonra:

“Qayaları haçalardı, duludları parçalardı, şimşəkləri qıçalardı…”

“Qüdrətim…

Bənddə beş misra olsaydı, hökmən “paçalardım” gələcəkdi. Buna qafiyəbazlıq deyilir. Bu misralarda heç bir məna yoxdur. Son misra isə sayıqlamadır: “Yorulanda nur mizrablı ozanım”.

Nur mizrablı?

Ozan kimdir?

Sonra:

“Yalanmış, çalanmış, qalanmış…”

Yadınızdadır şeir necə başlanmışdı? Şimşək qıçalamaqdan, inaddan, nizam pozmaqdan. İndi kövrək xatirələr qalanıb… Prometey və kövrək xatirələr…
Sonra:

“Vətən mənə oğul desə nə dərdim…”

Bu necə olur?  Biz bilirik ki, partiya və hökumət xalq şairi adı verirdi, indi də prezident. Yəqin xalqın kiməsə oğul deməsi üçün həmin kimsə fövqəladə bir  ya iki iş görməlidir. Əlbəttə, şimşəkləri paçalamaqdan başqa. Məmməd Araz işi oğul adı alandan sonra görəcək.

“Mamır olub qayasında bitərdim”.

Vətən buna oğul deyir, bu da cavabında mamır olub qayasında bitir… Nə Prometey, nə Sergey Korolyov, nə Bill Qeyts. Mamır ol, bir, beləcə min il, vətənə xeyrini yığıb-yığışdırmaq olmaz…

Sonra:

“Asan, qazan, yazan…”

“Ürəyimsiz kəlmə yazan deyiləm…”

Yəni “ürəksiz yazn deyiləm”. “Ürəyimsiz” yazmaq başqadır, bu, anatomik məsələdir, başa düşürük ki, misranı doldurmaq üçündür. Ancaq bu bəndə nə olduğunu və yuxarıdakı bəndlərlə necə bağlandığını başa düşmək mümkün deyil…

Mən bu şeiri təkrar-təkrar oxuduqca onu şagirdlərə tədris edən müəllimləri düşünürəm. Bu cəfəngiyatın şeir olduğunu sübut etməyə çalışan adam ya gərək idiot ola, ya da yalançı…

Və təsəvvür edirəm ki, “Azərbaycan deyiləndə…” şeiri keçiləndə bütün şagirdlər ayağa dururlar. Özü də təkqıçlı…

Bu şeir barədə sonra….

03.03.2018

Samara

Реклама