ŞARL BODLER. ÖLÜMDƏN SONRAKI PEŞMANLIQLAR

 

бодлер           

Remords posthume

Gələr zaman, uyuyarsan, mənim əsmər  gözəlim,

Qara mərmərdən olan abidənin altında.

Daha dünyada sənin mənzilin də, taxtın da,

Bir məzardır ki, damından sızıb yağış süzülər.

 

Əzər məzar daşı o vaxt sənin ürkək sinəni,
Böyür-başın sıxılıb yumşalar və incələr həm.

Susar, döyünməz ürək, arzun, istəyin keçinər,

Ayaqların daşımaz indi kef dalınca səni.

 

Sirdaşım, arzularımdan tamam xəbərli  məzar,

(Şairi yaxşı kim anlar ki, məzardan özgə)

Gələr gecə elə ki, burda yasaq yatmaqsa:

 

Sənə deyər: Kimə nə indi, günahkar dilbər,

Xəbərin olmayıb sənin ki, ağlayır ölü də.

Elə peşmanlığın kimi səni qurdlar da didər.

Fransızcadan tərcümə

23-24.04.2018

Samara

Реклама