ŞARL BODLER. «VERİRƏM MƏN SƏNƏ ŞEİRLƏRİMİ…»

бодлер

             Je te donne ces vers afin que si mon nom

 

Verirəm mən sənə şeirlərimi, yetsə adım,

Akvilon yelkənini coşduran çevik gəmi tək,                    
Keçərək fırtınalardan uzaq əsrlərədək,

Və bir axşam o, beyinlərdə xəyallar oyadar —

 

Xatirən bənzəyər qədim, dolaşıq bir nağıla,
Üzülər dinləyən, insanı yoran tək simbal.

Və təkəbbür havalı qafiyələrdən asılar,

Sallanar sirli və qardaşlığa oxşar bağla.

 
Tanrı lənətləmiş bu ruha ən dərin dibdən,

Göyəcən bir cavab verən tapılarsa, o da mən.

Elə bil kölgəsən, izsiz gedərək tapdalayan,

 

Çevik ayaqlarınla, ayıq gözlərinlə kütləni və,
Öləri kütləri ki, gözlərində kin parlar.

Kəhraba gözlü sən heykəlsən, mis alınlı mələk!

İlk dəfə 28 aprel 1857-ci ildə “Sonet” başlığı ilə çap olunub

Fransızcadan tərcümə

05-06. 2018

Samara

Реклама